Alman klinikasına şəxsi səfər filmi rejissor Rasim İsmayılov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir. Filmdə əsas rolları Ramiz Novruzov, İqor Ledoqorov, İqor Stepanov, Kazım Abdullayev, Yelena Tonunts, Liliya Makarova və Anatoli Kotenyov ifa edirlər.

Məzmun Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.144.

Bakı 1920-ci il. Fövqəladə komissiyanın gizli əməkdaşı olan mühəndis Məmməd Rüstəmov (Rasim Balayev) xüsusi tapışırıqla Berlinə göndərilir. Oğlu Tahiri (Ülvi Məmmədov) müalicə etdirmək bəhanəsilə Berlinə səfər edən mühəndis özünün və ətrafının həyatını təhlükə altında qoyur.

Filmin üzərində işləyənlər Rejissor: Rasim İsmayılov Ssenarist: Rasim İsmayılov, Məmməd Avdiyev Operator: Teyyub Axundov Rəssam: Fikrət Əhədov Bəstəkar: Ruhəngiz Qasımova

Rollarda Rasim Balayev — mühəndis Məmməd Rüstəmov Ramiz Novruzov — Baba Əliyev İqor Ledoqorov — Anton Qaberkorn İqor Stepanov — Anatoli Smelov Kazım Abdullayev — Qafar Qafarov Yelena Tonunts — frau Anna Surina Liliya Makarova — Tatyana Anatoli Kotenyov — Vladimir Tişkov Aleksandr Arjilovski — Kulçitski Yuri Dedoviç — Aleksey Putilov Anatoli Yabbarov — Blinov Kamil Zöhrabov — Rəhim Aşurbəyov Konstantin Butayev — Əbdülməcid Çermoyev Pyotr Yurçenkov — Xladov Şahin Cəbrayılov — Əbilov İosif Rıklin — Gessen Boris Aleksandrov — Kovrov E. Poplavski — Karpov Ülvi Məmmədov — Tahir Gündüz Abbasov — Stepan Leonozov Ramiz Əzizbəyli — Leon Montaşev A. ƏzimovE. Azəryar Yefim Abramov — Pavel Qukasov Nadir Əzməmmədov — Arşak Qukasov

Filmi səsləndirənlər:

Eldəniz Rəsulov - Baba Əliyev (Ramiz Novruzov)(titrlərdə yoxdur)

Fəxrəddin Manafov - Anton Qaberkorn (İqor Ledoqorov) (titrlərdə yoxdur)

Əliabbas Qədirov - Vladimir Tişkov (Anatoli Kotenyov) (titrlərdə yoxdur)

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 342.

Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:1988-ci ilin filmləri