Xançoban mahalı — Şirvan xanlığının bölgələrindən biri. Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazilərini əhatə etmişdir.

Tarixi Müasir dövrdə İsmayıllı, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edən Xançoban mahalı "qərbdə Girdimançay ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur" . Xançoban mahalına Veysəlli, Mərzili, Alpout, Gorus, Dəlilər və s. adlı kənd və obalar daxil idi. Bu mahala daxil olan Mərzili obası İsmayıl bəyə (Mustafa xanın qardaşı) məxsus olmuşdur. Onlar Qarabağdan gəlmə olduqları üçün torpaqları yox idi. Xançoban əhalisi rəncbərlik edir və əsasən maldarlıqla məşğul olurdular. Şamaxı xanları Xançoban mahalından olduqları üçün bu obaların əhalisinə vergi təyin etməmişdilər. Bunun əvəzində Xançoban mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər. Sonralar bu cür vergi qaydası çar məmurlarını qane etmədiyindən 1820-ci ildə mahalın əhalisi üzərinə pulla ödənilən vergi qoymuşdular.www.history.az/pdf.php?item_id=20101210022205469&ext=pdf

Burada 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.

İstinadlar

Mənbə Nailə Bayramova.Şamaxı xanlığı. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının 5 iyun 2009-cu il tarixli iclasının qərarı. Bakı: 2009, səh. 27-28.

Xarici keçidlər

Həmçinin bax Şirvan xanlığı Xançobanlı eli

Kateqoriya:Şirvan xanlığının mahalları