Atuc — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Quba rayonunun kəndləri