() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Yaponiyadır. Çin və Avropada da becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 3 m-ə qədər olan qollu-budaqlı koldur. Budaqları əlifi-yaşıl rəngdə, çılpaq, tikanları 1–1,5 sm uzunluğundadır. Yarpaqları 3–8 sm uzunluğunda olub, yumurtavari və ya uzunsov yumurtavaridir; uc hissədə itiləşmiş, əsasına doğru tədricən daralan, kənarı iti mişardişlidir. Yazda qırmızımtıl, sonralar hər iki tərəfdən çılpaq olub, üstdən parıltılı, tünd yaşıl rəngli, alt tərəfdən açıq rəngli, dekabr ayınadək ağacın üzərində qalır. Saplağı 6–12 sm uzunluqdadır. Çiçəkyanlığı tumurcuqşəkilli olub, kənarları dişlidir. Çiçəkləri 2–6 ədəd olmaqla keçən ilki zoğlardakı çiçək saplağında yerləşir, 5 sm-dək diametri olan al qırmızı, çəhrayı və ya ağ taclıdır. Kasacığı zəngvarı, tamkənarlı, kasayarpaqcıqlıdır. Sütuncuğu bir qayda olaraq çılpaqdır. Çiçəkləməyə yarpaqlamadan qabaq başlayır, meyvələri dəyirmi, yumurtaşəkilli olub, yaşıl sarı rəngli, xallı xırda nöqtəlidir. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir, 2–3 yaşlarında meyvə verməyə başlayır.

Ekologiyası Günəşə, işığa davamlı, münbit torpaqlarda yaxşı bitir. Sərt şaxtalardan əziyyət çəkir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Mülayim iqlimli zonalarda bəzi şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası