Güləzi — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.

Etimologiyası Güləzi oyk., mür. Keçmiş adı Güləziqışlaq olmuşdur. Əvvəllər Afurca kəndinə məxsus qışlaq yeri idi. Tədqiqatçılara görə, kəndin adı gül (gil) və zi (tat. "yer", "sahil", "kənar") sözlərindən düzəlib (-ə birləşdirici saitdir), "gilli yer" mənasındadır. Kəndin ərazisinin torpağı həqiqətən gillikdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır. Güləzi kəndinin əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri