() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir.
Botaniki xarakteristikası Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır. Toxum və qələmlə çoxalır.
Ekologiyası İşıqsevən, quraqlığa və istiyə davamlı bitkidir, günəşli yerlərdə bitir. Torpağa az tələbkardır, əhəngli torpaqlarda yaxşı inkişaf edir. Qışa yüksək davamlılığı ilə fərqlənir.
İstifadəsi Yaşıllaşdırmada dekorativ qrupların və canlı hasarların yaradılmasında istifadə edilir. Mədəni şəraitdə 1656-cı ildən becərilir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Azərbaycanda yayılması Böyük Qafqaz (BQ) Quba, BQ şərq, BQ qərb, Kiçik Qafqaz (KQ) şimal, KQ cənub, KQ mərkəzi, Naxçıvan dağları, Lənkəran dağları. Yuxarı dağ vəhündürlüyü 2200 m-ə qədər olan subalp qurşağında, bəzən orta və aşağı dağ qurşaqlarında; bəzi yerlərdə alp qurşağının aşağı zolağına keçir.
Yaşayış mühiti Daşlı qayalı yamaclarda, işıqlı meşələrdə meşənin yuxarı kənarında, kollar arasında rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası Kateqoriya:20–24 ID olan Taksonbar