Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir–birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır.
Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19997934033902009↘682↘349↘333
İqtisadiyyatı Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə kartofçuluq inkişaf etmişdir.
Mədəniyyəti Kənddə Kirən kənd kitabxana filialı, Kirən kənd klubu, Kirən poçt şöbəsi (AZ6032) fəaliyyət göstərir.
Təhsil Kənddə Elman Süleymanov adına Kirən kənd tam orta məktəbi fəaliyyət göstərir.
Kənddə məktəblilər üçün istirahət düşərgəsi də var.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Kirən kənd həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Kirən kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri