Qalaaltı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Məşrif kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası "Qalanın altında, aşağısında yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi V–VI əsrlərə aid Çıraqqala qalasının aşağısında, alt tərəfində bina edildiyi üçün belə adlanmışdır. İlk sakinləri yaxınlıqdakı Çalğan kəndindən çıxmış ailələr olmuşdur. Kəndin yaxınlığında müalicə əhəmiyyətli mineral su çıxır. Qalaaltı balneoloji kurortu burada yerləşir.

Siyəzənin bəzi insanları Qalaltının Siyəzən rayonuna aid olduqunu bildirsələrdə. Bütün məlumatlar, wikipediya, Rəsmi saytlar, eləcə də Azərbaycanın xəritəsinə nəzər saldıqda tam açıq aşkar görünür ki Qalaltı və Qalaltı hotel Şabran rayonu ərazisinə aiddir.

Coğrafiyası və iqlimi Kənd Çıraqqala dağının yamacında, hündür ərazidə yerləşir. Kənddə məşhur sanatoriya fəaliyyət göstərir ki, onun da ərazisində müalicəvi bulaq var.

Əhalisi Əhalisinin sayı 179 nəfərdir (2009-cu il).

Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Siyəzən rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 180 000 manat vəsait ayrılmışdır."Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Siyəzən rayonunun kəndləri