Yonpxöndo adasının atəşə tutulması — Cənubi Koreyanın Yonpxyondo adasının atəşə tutulması 2010-cu il noyabrın 23-də Şimali Koreya tərəfindən baş vermişdir. Adaya azı 200 mərmi buraxılmışdır. Nəticədə 4 cənubi koreyalı həlak olmuş, 16 isə yaralanmışdır, eyni zamanda 60–70 yaşayış evi yanmışdır.

BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreya ərazisinə hücumu "1953-cü ildə müharibənin başa çatmasından bu yana ən pis insident" adlandırıb. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.

İstinadlar

Kateqoriya:23 noyabrdakı hadisələr Kateqoriya:2010-cu ildəki hadisələr Kateqoriya:Cənubi Koreya–Şimali Koreya münasibətləri Kateqoriya:Yonpxyondo