thumb|160px|FAİ-nin loqotipi Beynəlxalq Aviasiya Federasiyası (FAİ, Fédération Aéronautique Internationale, FAI) — aviasiya və kosmonavtikaya yardım üzrə beynəlxalq təşkilat. Təşkilatın fəaliyyət sahələrindən biri aviasiya və kosmonavtikada standartların tətbiqi və rekordların qeydiyyatıdır. Təşkilatın standartlaşdırma fəaliyyətinin obyekti həm idarəolunan uçuşlar, həm də pilotsuz uçan aparatlar (o cümlədən, aviamodellər) sahəsindəki nailiyyətlər və rekordlardır.

Təşkilat 1905-ci ildə idman federasiyası kimi qurulmuşdur. Hazırda 100-ə yaxın ölkənin aviasiya təşkilatlarını birləşdirir.

Xarici keçidlər FAİ-nin rəsmi veb-saytı

Kateqoriya:1905-ci ildə yarananlar Kateqoriya:İdman federasiyaları Kateqoriya:Kosmonavtika Kateqoriya:Aviasiya Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Standartlaşdırma təşkilatları