200px|thumb|right|İvan Şeblıkin. Eyvaz türbəsi Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi.
Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. 1980-ci illərdə dağıdılmışdır.Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Jurnalist Nəriman Həsənəliyevin 1987-ci ildə "Ulduz" jurnalında yazdığına görə, bu qəbiristanlıqda böyük xəttatların əllərilə naxışlanıb yazılmış baş daşları buldozerlərin ağzına verilib məhv edilmiş, türbələr dağıdılmışdır. Nəsriyyə nəsli türbələrinin yerində avtomat oyuncaq cihazlar sexi açılmışdır. 1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin bir az düşünək" adlı məqaləsində qeyd etmişdir ki, o, bu hadisəyə görə dəhşətlənmişdir.
İstinadlar
Kateqoriya:Ordubad rayonunun türbələri