() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür.
Botaniki təsviri Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir. Çəyirdəkləri arxa tərəfdən qabarıq və ön tərəfdən zəif çıxıntılıdır. Zəhərli meyvələrinin çəyirdəkləri hamar-qabarıq, ximircəkli, ikili “dimdiklidir”.
Ekologiyası Günəşli, quru yerlərdə, kolluqlarda bataqlıq meşələrdə, rütubətli torpaqlarda, çəpərlərin ətrafında rast gəlinir.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığında və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Dərman və boyayıcı bitkidir. Bütün hissələrində antraqlikozidlər vardır. Balvericidir. Payızın axırlarında yetişmiş və quru meyvələri dərman kimi istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları