() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir.

Botaniki xarakteristikası Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır.

Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır. Toxumları ağımtıl, bozumtul rəngdə olub, diametri 3–4 mm-dir, 1000 ədəd toxumun çəkisi orat hesabla 6,3 qr-dır. Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir. Şaxtaya və quraqlığa davamlıdır. Şəhərin qeyri-münasib mühitinə (qaza, tüstüyə və s.) dözmür. Oduncağı qiymətlidir, sənayenin müxtəlif sahələrində istifadə edilir. Adi şamın oduncağından metil və etil spirti, qatran, skipidar, fenol, kanifol və digər kimyəvi maddələr alınır.

Azərbaycanda yayılması Azərbaycanda Bakı və Xankəndi şəhərlərinin, Tovuz, Ağstafa, Quba, Şamaxı, Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Xaçmaz və Göygöl rayonlarının park və bağlarında təsadüf olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Asiya ağacları