() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir.
Botaniki təsviri Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.
Ekologiyası Hiqromezofitdir, meşə-kol, sahilyanı, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir, çox vaxt böyük çəhrayı rəngdə ləkələr əmələ gətirir. Saponin, flavonoid, efir yağı, C vitamini, aşı maddələri, fenolkarbon turşuları, gətran, eləcə də antosianlarla zəngindir.
Azərbaycanda yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.
İstifadəsi Yeməlidir bitkidir. Eksperimental, xalq və Tibet təbabətində, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, yuxarı nəfəs yolları, dəri-zöhrəvi, əsəb-sinir, qadın, dizenteriya, revmatizm, epilepsiya xəstəlikləri, həmçinin ishal, qanaxma, babasil, soyuqdəymə, ilan vurma və quduz heyvanların dişləməsi zamanı istifadə olunur. Antibakterial, antioksidant, diuretik, ağrıkəsici, büzüşdürücü, yarasağaldıcı, hemostatik, öskürəyə, qıcolmaya və iltihab proseslərinə qarşı təsirə malikdir. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, toxumları və kökü istifadə edilir. Cövhər, dəmləmə, tinktura və kompreslər. Yaponiyada susuzluğu yatırdmaq üçün istifadə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Avstraliya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Tasmaniya florası Kateqoriya:Cənubi Avstraliya florası Kateqoriya:Kvinslend florası Kateqoriya:Viktoriya (ştat) florası