() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.
Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşədə, çınqıllı yerlərdə və çəmənlərdə bitir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax