Roma say sistemi — Qədim Romada istifadə edilən say sistemi. Sistem qədim dövrlərdən istifadə edilmiş, orta əsrlərdə müəyyən qədər dəyişdirilmiş və müasir vəziyyətə düşmüşdür. Mövqesiz say sistemi olduğu üçün bu say sistemində riyazi hesablamalar aparmaq çətindir.

Bu sistemdə rəqəmləri müvafiq hərflərlə əvəz edirlər. Roma rəqəmləri əsasən nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur.

Simvollar SimvolQarşılığıS0.5 (yarım) (Latınca:Semis)I1 (bir) (Latınca:mono)V5 (beş) (Latınca:penta)X10 (on) (Latınca:deka)L50 (əlli) (Latınca:quinquaginta)C100 (yüz) (Latınca:Centum)D500 (beş yüz) (Latınca:quingenti)M1000 (min) (Latınca:Mille)

Roma rəqəmlərinin yazılışında 7 simvoldan istifadə olunur

Bu simvollar təkraralanma üsulu ilə Ərəb rəqəmlərinin yazılmasında istifadə olunur. Lakin bəzi hallarda qısalaşdırmaq üçün yerdəyişmədən də istifadə olunur. Məsələn 4 rəqəmi qısa olması üçün onu IIII yox IV kimi yazırlar; 40 rəqəmi də həmçinin XXXX yox, XL kimi yazılır. 5 milyondan yuxarı rəqəmlərin yazılışı müxtəlif cür olur.

Roma rəqəmləri RəqəmRum rəqəmi 1 I 2 II 3 III 4 IV 5 V 6 VI 7 VII 8 VIII 9 IX 10 X 15 XV 20 XX 25 XXV 30 XXX 35 XXXV 40 XL 45 XLV 50 L 55 LV 60 LX 65 LXV 70 LXX 75 LXXV 80 LXXX 85 LXXXV 90 XC 95 XCV 100 C 200 CC 500 D 600 DC 900 CM 1000 M 1500 MD

İstinadlar

Kateqoriya:Rəqəmlər Kateqoriya:Latın əlifbası Kateqoriya:Say sistemləri