() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xüsusiyətləri Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Yarpaqlarında aşı maddəsi vardır. Sarı rəngdə boyaq almaq olur. Xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Türkiyə florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri