thumb|upright 1.1|Skull

Müşk maralı, Qabarğa və ya Sibir geyiki () — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü.

Etimologiya Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.Заимств. из тел., шор., саг. tabyrɣa «сиб. кабарга», тувинск. toŋurɣy — то же (Радлов 3, 971, 1171). Bu türk mənşəli sözdür.

Təsnifatı Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur.

Coğrafiyası

Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır. Tibet və Himalay dağlarında isə 3000 m-ə qədər yüksəkliklərdə rast gəlinir.

Qabarğa müşkü Qabarğanın qarnında müşk vəziləri var. Bu vəzilərdə kəskin iyli qəhvəyi-qonur rəngli müşklə dolu olur. Yetkin erkək qabarğaların bir vəzisində 10-20 q müşk olur.

Kateqoriya:Gövşəyənlər Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Həssas növlər Kateqoriya:Şərqi Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları