Əflatun Əhməd oğlu Amaşov () — jurnalist və publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri.. "Xalq qəzeti"nin baş redaktoru.

Həyatı Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Fəaliyyəti thumb|Azərbaycanda Fransız İnstitutunda keçirilmiş "Le Carrefour" qəzetinin təqdimatında, 5 aprel 2017-ci ilBakıda Frankofoniya həftələri çərçivəsində "Le Carrefour" qəzetinin təqdimatı keçirilib . azertag.az, 05.04.2017

Jurnalistika fəaliyyəti 1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.

1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, bir övladı var.

Mükafatları "Əməkdar jurnalist" fəxri adı — 22.07.2010 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.07.2015. "Şöhrət" ordeni — 25.04.2017 "Fəxri mədəniyyət işçisi" döş nişanı — 25.04.2017 (Mədəniyyət və Turizm Nazirliyi tərəfindən) Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuƏ. Ə. Amaşovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üzvlükləri Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Arxivləşdirilib.

İstinadlar

Xarici keçidlər

Əflatun Amaşov: "Erməni jurnalist Qarabağdan bizə xəbər daşıyırdı, biz isə …" — MÜSAHİBƏ

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları Kateqoriya:Azərbaycan Mətbuat Şurasının sədrləri Kateqoriya:Gürcüstan azərbaycanlıları