Birinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Azərbaycan Respublikasının 6 noyabr 2007-ci il tarixli Qanunu ilə, Nəmirli kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış qəsəbələrdən birinin Birinci Dördyol qəsəbəsi adlandırılması, Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi qərara alınmışdı. Həmin Qanunla, Birinci Dördyol qəsəbəsinin Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsinun yaradılması qərara alınmışdı.

Bu qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun qəsəbələri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri