Yunan əlifbası (ἑλληνικό ἀλφάβητο) – qədim və çağdaş Yunanıstanda istifadə olunan əlifba. E.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsasında yaranmışdır. Yunan hərflərindən çox zaman riyazi simvollar kimi istifadə olunur. Hazırda yunan əlifbasından bir çox sahələrdə istifadə olunur.
Yunanlar finikiyalıların əlifbalarının Avropada yayılmasında əsas vasitəçi olmuşlar. Dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətlərini özündə saxlamaqdadır. Arxaik yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər, eləcə də "xi" və "psi" samit hərfləri yox idi. Finikiya yazısında yazı sağdan sola yazılırdı. Yunanlar finikiyalılardan alınmış yazını tədricən təkmilləşdirmiş və ona əlavələr etmişlər. Sait səsləri ifadə edən hərflərin meydana gəlməsi yunan yazısında böyük nailiyyət idi. Saitləri ifadə edən hərfləri əlifbaya gətirməklə yanaşı yunanlar samitlərin tərkibində də dəyişiklikər etmişlər. Yunanlar yazının istiqamətini bir müddət "Bustrofedon" üslubunda, yəni sağdan sola, sətir aşırı isə soldan sağa yazırdılar. Yalnız e.ə IV əsrdə yazı soldan sağa istiqamətləndi və klassik yunan əlifbası formalaşdı.
Klassik hərflər Yunan əlifbasıHərfHərfin adıOxunuşuNömrəΑαἄλφα alfa[a]1Βββῆτα beta[b]2Γγγάμμα qamma[ɣ]3Δδδέλτα delta[ð]4Εεἐψιλόν epsilon[e]5Ζζζῆτα zeta[z]6Ηηητα eta[e]7Θθθῆτα teta[θ]8Ιιἰῶτα yota[i/j]9Κκκάππα kappa[k/c]10Λλλάμδα lamda[l]11Μμμῦ mü[m]12Νννῦ nü[n]13Ξξξῖ ksi[ks]14Οοομικρόν omikron[o]15Πππῖ pi[p]16Ρρρῶ ro[r]17Σσσῖγμα siqma[s]18Ττταῦ tau[t]19Υυὑψιλόν upsilon[u]20Φφφῖ fi[f]21Χχχῖ xi[x]22Ψψψῖ psi[ps]23Ωωωμέγα omeqa[o]24
Arxaik hərflər Yunan əlifbasıHərfHərfin adıOxunuşuϜϝδίγαμμα diqamma*[w]Ϛϛστίγμα stiqma*[s]Ͱͱἦτα heta*[h]Ϻϻϻάν san*[s]Ϙϙϙόππα koppa*[k]Ͳͳσαμπῖ sampi*[s]
Xarici hərflər Yunan əlifbasıHərfHərfin adıOxunuşuϷϸϸο şo[ʃ]
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Xarici keçidlər U0370.pdf Digamma Stigma Heta San Koppa Sampi Sho
Kateqoriya:Yunan əlifbası Kateqoriya:Əlifbalar Kateqoriya:Qədim Yunanıstan