Məhəmməd Necati Şaşmaz (; ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. "Qurdlar Vadisi" seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı.
Həyatı Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var.
Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi. 2001-ci ildə bir müddətliyinə ailəsini ziyarət etmək üçün Türkiyəyə gəldi, geri dönüş biletini 11 sentyabr tarixinə aldı. ABŞ-də həmin gün baş verən terror hadisələrinə görə içində olduğu təyyarə ölkəyə eniş etmədən geri döndü. Bundan sonra o, ailəsinin israrlı təkidləri ilə ABŞ-yə dönməkdən vaz keçdi. Bir müddət sonra Ukraynaya getdi, daha sonra Türkiyəyə geri döndü.
Həyatına Türkiyədə davam etmə qərarı alan Necati Şaşmaz Ankarada sığorta agentliyi açdı. Çox keçmədən qardaşı Raci Şaşmaz vasitəsilə Osman Sınavla iş görüşməsinə getdi. Ona bir filmin ssenari qrupunda iştirak etməsi təklifi gələcəyi ümidi ilə görüşməyə getdi. Osman Sınavın "Bir serial düşünürük, səni də baş rolda görməyi düşünürəm" sözlərini düşünmək istədiyini deyən Şaşmaz bir aydan sonra bu təklifi qəbul etdi.
Qurdlar Vadisi proyektinin həyatını tamamilə dəyişdirdiyini deyən Necati Şaşmaz şəxsi həyatının qalmadığını, "Məni sadəcə Ankarada adımla çağırırlar, İstanbulda hər kəs Polad deyir" sözləri ilə dilə gətirdi.
2009-cu ildə "Yazete" adlı bir xəbər saytı qurmuşdur.
Gəzi parkı etirazları üçün həll yolu axtaran hökumət sənətçilərin də içərisində olduğu bir heyəti qəbul etmiş, oda bu heyətdə Həsən Qaçan, Hülya Avşar kimi adlarla birlikdə yer almışdır. İclasdan sonra mətbuata verdiyi açıqlama mənasız görülmüş, "Twitter"də bəzi kütlələrin reaksiyasına səbəb olmuşdur.
O, 2 noyabr 2014-cü ildə serial çəkilişləri sırasında idarə etdiyi avtomobilin idarəetmədən çıxması nəticəsində yol qəzası keçirdi. Çənəsində sınıq olduğu aşkarlandı və əməliyyat edildi.
Şəxsi həyatı 2001-ci ildə iş üçün getdiyi ABŞ-də Slaire B. ilə evləndi, eyni ildə boşandı. 2004–2008-ci illərdə Yasəmin Öztürk ilə, 2010–2012-ci illərdə Nur Fettahoğlu ilə münasibətdə oldu. Qısa bir müddət sonra, 12 dekabr 2012-ci ildə Nagəhan Kaşıkçı ilə evləndi. Bu evlilikdən Əli Nadir və Yusif Emir adında iki oğlu oldu. 2019-cu ildə tərəflər mübahisəli boşanma üçün məhkəməyə müraciət etdilər.
2020-ci ilin oktyabr ayında həyat yoldaşı Nagəhan Kaşıkçı Necati Şaşmazı qeyri-qanuni yollarla dəlil topladığını əsas gətirərək 12 il həbs cəzası istəyərək məhkəməyə verdi. Qayınatası Əhməd Kaşıkçı da eyni səbəbdən Şaşmazı məhkəməyə verdi, lakin Şaşmaz məhkəmədən bəraət aldı. 2021-ci ildə boşanma işi yekunlaşdı.
Filmoqrafiya SeriallarİlLayihəRolQeydlər2003-2005 Qurdlar Vadisi Polad Ələmdar Baş rol2005 Çörək qayığı Özü 106-cı seriyada qonaq aktyor2007 Qurdlar Vadisi: Terror Polad Ələmdar Baş rol2007-2016 Qurdlar Vadisi: Pusqu Baş rol, prodüser, ssenarist2011 Xəlil İbrahim süfrəsi Özü 1-cu və 39-cu seriyalarda qonaq aktyor2012 Qurd qanunu Ənvər Paşa 5-ci seriyada qonaq aktyor2015 Qara qutu Prodüser2019 Nöbət Prodüser, ssenarist, rejissor FilmlərİlLayihəRolQeydlər2006 Qurdlar Vadisi: İraq Polad Ələmdar Baş rol2011 Qurdlar Vadisi: Fələstin 2017 Qurdlar Vadisi: Vətən Baş rol, prodüser, ssenaristVerilişlərİlLayihəRolQeydlər 2005İbo Show Özü9-cu buraxılışda qonaqCNN Türk - Tərəfsiz BölgəQonaq200632-ci gün670-ci buraxılışda qonaq2009Saba Tümerlə Bu GecəQonaq32-ci gün782-ci buraxılışda qonaqBəyaz Show QonaqSən Türkülərini Söylə 2010Şəffaf Otaqatv - Serial TV31-ci buraxılışda qonaq 2011Burada Laf Çox QonaqSərxan Çağrı ilə SəyyarəNTV2012Sırma İlə Bu günƏşrəf Vaxtı2013Qədir Çöpdəmir İlə Qoptu Gəlir2017Ağılda Qalan 2022Mazhar Alanson İlə28-ci buraxılışda qonaqİbo Show31-ci buraxılışda qonaqReklamlarİlŞirkətRolQeydlər2005Siemens Mobile Özü2010 Ukra City 2011ÖzüNur Fettahoğlu ilə
Mükafatları İlMükafatlandırma mərasimiKateqoriyaProyektNəticə2006 "Tüketici 2006 Kalite Ödülleri" Ən Yaxşı Film Aktyoru Qurdlar Vadisi İraq rowspan="6" 2011 Burç Təhsil Qurumları tərəfindən 8-ci dəfə təşkil olunan "Burç İletişim" Mükafatları Ən bəyənilən kişi aktyor Qurdlar Vadisi: PusquƏsənlər Bələddiyəsi tərəfindən təşkil olunan "Əsənlər Türkiyənin Ən Yaxşılarını Seçir" səsverməsi Ən Yaxşı Aktyor Mükafatı Qurdlar Vadisi: Fələstin2012 25-ci Beynəlxalq "Tüketici Zirvesi" Mükafatları İlin Ən Yaxşı Kişi Aktyoru Qurdlar Vadisi: Pusqu2013 İstanbul İnkişaf Universiteti "Onur" mükafatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə ssenaristləri Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə prodüserləri Kateqoriya:Türkiyə iş adamları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə kişi film aktyorları