Tovuz şəhər stadionu — Azərbaycanın Tovuz şəhərində stadion. Turan Tovuz ev oyunlarını bu stadionda keçirir.
1979-cu ilin sentyabr ayının 5-də Tovuz şəhər stadionu istifadəyə verilib. Həmin gün "Məhsul" ilə "Neftçi" komandası arasında yoldaşlıq görüşü keçirilib. 1981-ci ildə stadionda əsaslı təmir işləri aparıldıqdan sonra areanın açılış mərasimi keçirilib.
1992-ci ildə "Turan" komandasının yaradıcısı Vidadi Əhmədov komandanı gücləndirməklə yanaşı Mərkəzi stadiondada tikinti-quraşdırma işlərini həyata keçirib. Həmin dövrdə ilk dəfə olaraq drinaj sistemi düzəldildi və tribunanın üstü örtüldü. 2004-cü ildə Tahir Yusifovun rəhbərliyi dövründə dövlətin maliyyə dəstəyi ilə stadion ərazisində tikintisi yarımçıq qalmış baza istifadəyə verildi və stadionda yenidənqurma işləri aparıldı. Tribunalara 6500 ədəd oturacaq quraşdırıldı. 2026-cı ildə arenada həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işlərindən sonra 6.480 sayda oturacaq var.
AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu ildə keçirilən iclasında Tovuz rayonunda, "Turan Tovuz" klubunun nəzdində futbol akademiyasının təsis edilməsi və inşa olunması qərara alınıb. 2020-ci ildə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunan akademiyanın tikintisi başa çatdırılıb.
17 yanvar 2021-ci ildə Tovuz şəhərində "Turan Tovuz" klubunun nəzdindəki futbol akademiyasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Akademiyanın ərazisində inzibati binalar, dörd futbol meydançası tikilmiş və sair işlər görülmüşdür:
AKADEMİYA
Akademiya otaqları: 11 otaq — 70 nəfərlik
Əsas komanda üçün otaqlar: 16 otaq — 30 nəfərlik
2 restoran, 2 mətbəx
Fitnes, sauna, paltardəyişmə otağı
Həkim otağı
İclas otağı
11 nəfərlik ofis otağı
Camaşırxana
Texniki və xidməti otaqlar
4 mini meydança (1 ədədi qapalı)
STADİON
4 paltardəyişmə otağı
Mətbuat konfransı otağı
Media iş otağı
Tibb otağı
Dopinq-nəzarət otağı
Nümayəndə otağı
Hakim otağı
2 Sky-Box
Texniki otaqlar
TEXNİKİ
Yarımstansiya
Qazanxana
Nasosxana
Su rezervuarları
Mərkəzi havalandırma
İstinadlar
Mənbə
Xarici keçidlər
Wikimapia Stadion
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:1979-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Turan Tovuz PFK Kateqoriya:Azərbaycan futbol stadionları