Təbriz bəylərbəyliyi və ya Azərbaycan bəylərbəyiliyi — Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz şəhəri idi.

Səfəvilər dövründə xanədanlığın nəzarətində olan bütün ərazilər kimi Tarixi Azərbaycan ərazisi də inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycan (mərkəzi əsasən Təbriz, qısa bir müddət Ərdəbil (1590-1603) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (mərkəzi Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (mərkəzi İrəvan) bəylərbəyliyi.

Nadir şah (1736-1747) hakimiyyətə gələndən sonra bəylərbəylik sistemi ləğv edilmiş, o öldürüldükdən (1747) sonra isə Təbriz bəylərbəyliyi ərazisində bir sıra müstəqil xanlıqlar (Təbriz, Cavad, Marağa, Urmiya, Xoy, Qaradağ, Sərab) yaranmışdı.

Tarixi XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxursəəd, Qarabağ, Şirvan, Fars (İran) bəylərbəylikləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan Təbriz bəylərbəyliyinə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə, Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər daxil idi.

Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zəngin və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 min nə fər) 5/1 hissəsi (təqr. 11-12 min) Təbriz bəylərbəyliyinin payına düşürdü.

Təbriz bəylərbəyliyinə ən nüfuzlu qızılbaş əmirləri (əsasən, təkəli və türkman tayfa başçıları) hakim təyin edilirdi.

1531-ci ilədək bəylərbəyi Üləma sultan Təkəli idi. Ondan sonra Təbriz bəylərbəyliyinə türkman əmirləri nəslinin idarəsinə keçdi. 1583/84 ildə şamlı və ustaclı əmirlərinin təkidi ilə türkman tayfa başçısı Əmir xan Türkman bəylərbəyilikdən kənar edildi. Bu, qızılbaşlar arasında qanlı toqquşmalara səbəb oldu. Əmir xana təkəlilər də yardım edirdi. Tayfalararası çəkişmələr Osmanlı imperatorluğu ilə müharibə aparan Səfəvilər dövlətinin vəziyyətini xeyli çətinləşdirdi;

XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olan Naxçıvan tüməni inzibati cəhətdən mərkəzi Təbriz şəhəri olan Azərbaycan bəylərbəyliyinə, XVI əsrin ikinci yarısında isə mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyinə daxil olmuşdur.Рахмани А.А. Азербайджан в конце ХVI и в. ХVII веке. Баку, 1981.

1587-ci ildə Şah Məhəmməd Xudabəndə (1578–1587-ci illər) öldü və oğlu Abbas (1587–1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi.

İstanbul sülh müqaviləsindən dərhal sonra Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu.

1590-1605-ci illərdə Təbriz bəylərbəyliyinin ərazisi (Qaradağ, Ərdəbil və Talış vilayətləri istisna olmaqla) Osmanlıların tabeliyinə keçmişdi. I Şah Abbas dövründə (1587-1629) Təbriz bəylərbəyliyi Osmanlı qoşunlarından azad edildikdən sonra onun idarəsi yenidən türkmən əmiri Pirbudaq xana tapşırıldı.

1736-cı ildə bütün İran əhlinə məktub göndərib Muğan düzündə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayı böyük bir qurultay keçirir. Dünyanın bir çox yerindən qurultaya nümayəndələr dəvət edilir. 12 min çadır qurulur və qurultayda iştirak edən 100 min insana burada xidmət edilir. Qurultayda o özünü şah elan edir. Sonra o İranı dörd bəylərbəyliyinə bölür: Burada Azərbaycan bəylərbəyliyi, Fars bəylərbəyliyi, İraq bəylərbəyliyi və Şərqi Xorasan bəylərbəyliyi. Bunlardan ən böyüyü və güclüsü Azərbaycan bəylərbəyliyi olur və qardaşı İbrahim xanı bəylərbəyi təyin edir. Azərbaycan bəylərbəyliyinə Gürcüstan, Şimali Qafqaz, Dağıstan, Cənubi Azərbaycan və İranın xeyli hissəsi tabe idi.

Nadirin bibisi oğlu Əmiraslan xan Azərbaycan bəylərbəyi olur.

Təbriz bəylərbəyiləri

Sıra Bəylərbəyi Hakimiyyət illəri1İlyas bəy oğlu Xınıslı1501-15032Hüseyn bəy Şamlı1503-15093 Məhəmməd bəy Ustaclı1509-15144Durmuş xan Şamlı1514-15145Məntəşa sultan Ustaclı1514-15246Məhəmməd xan Təkəli1524-15307Musa sultan Mosullu-Türkman1530-15318Üləma sultan Təkəli1531-15329Musa sultan Mosullu-Türkman1532-153410Əmir Qayaib bəy Ustaclı1559-156211Qasıməli1562-157312Yusif bəy Ustaclı1573-157313Allahqulu bəy Əfşar1573-167714Əmir xan Mosullu-Türkman1577-158415Allahqulu bəy Fəth oğlu Ustaclı1584-158516Hüseynqulu xan Ustaclı158617Məhəmməd xan Ustaclı1586-158918Mehdiqulu xan Çavuşlu Ustaclı1589-159119Haqverdi sultan1590-159320Fərhad xan Qaramanlı1593-159321Zülfüqar xan Qaramanlı1593-160522I Pirbudaq xan Pörnək-Türkman1612-161723Şahbəndə xan Pörnək-Türkman1616-161824Qaraçaqay xan1618-162025Şahbəndə xan Pörnək-Türkman1620-162526II Pirbudaq xan Pörnək-Türkman1625-163527 Rüstəm xan Pörnək-Türkman1635-164328II Pirbudaq xan Pörnək-Türkman1643-1650 (mart)29Əliqulu xan (gürcü)1650-165130Əliqulu xan Dəvəli1652-165431Murtuzaqulu xan Qacar1655-166432Bican bəy (bəylərbəyi)1666-168033Hacı Əli xan1680-169434II Rüstəm xan Sipəhsalar1694-169535Anuşeh xan1695-169636Məhəmmədtalıb xan1696-169737Lütfəli bəy1697-170238 Musa bəy1702-171139Məhəmmədzaman xan1711-?40Mənsur xan Şahsevən Muğani?-171541Səfiqulu xan Ziyadoğlu-Qacar1715-171842Məhəmməd Əli xan1719-172043Mixri xan1720-172144Məhəmməd bəy Bəydilli-Şamlı1721-?

Azərbaycan hakimləri İbrahim xan Əfşar (1736–1738) Əmiraslan xan Qırxlı-Avşar (1738–1747)

Həmçinin bax

Azərbaycan (tarixi ərazi)

İstinadlar

Mənbə Əfəndiyev O. Ə., Azərbaycan Səfəvilər dövləti, B., 1993; Azərbaycan tarixi, 7 cilddə, c.3, B., 1999; Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI – начале ХIХ вв., Л., 1949; Рахмани А.А., Азербайдıан в конце ХVI и в ХVII веке, Б., 1981; Историческая география Азербайджана, Б., 1987.

Xarici keçidlər

Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:Türkmanlar Kateqoriya:Əyalətlər Kateqoriya:Azərbaycanla bağlı ərazilər