Beşinci kolonna (, ) — daha böyük bir qrupu və ya milləti daxildən, adətən düşmən qrupunun və ya başqa bir millətin xeyrinə zəiflədən insan qrupu. Beşinci kolonnanın fəaliyyəti açıq və ya gizli ola bilər. Gizli şəkildə toplanan qüvvələr xarici hücuma kömək etmək üçün açıq şəkildə səfərbər ola bilərlər. Bu termin həmçinin, hərbi personal tərəfindən təşkil olunmuş hərəkətlərə də tətbiq olunur. Gizli beşinci kolonna fəaliyyətləri xarici qüvvəyə gizli rəğbət bəsləyənlər tərəfindən müdafiə xətləri daxilində həyata keçirilən təxribat, dezinformasiya, casusluq və ya terror aktlarını əhatə edə bilər.
Mənşəyi "Beşinci kolonna" termini İspaniyada vətəndaş müharibəsinin ilkin mərhələsində meydana çıxmışdır. Termin 1936-cı ilin oktyabr ayının əvvəlində respublikaçı mətbuatda geniş yayılmış və qısa müddət ərzində ölkə hüdudlarından kənara çıxmışdır.In French newspapers the term first appeared on October 4, 1936, one day after its first usage in the Madrid press, La Passionaria preche la terreur , [in:] Le Journal 04.10.1936. In more distant countries like Poland the term started to appear since mid-October, see e.g. Oviedo ostatecznie uwolnione , [in:] Dziennik Wileński 18.10.1936.
Terminin dəqiq mənşəyi aydınlaşdırılmamışdır. Onun məlum olan ilk istifadəsi 30 sentyabr 1936-cı il tarixli gizli teleqramda qeydə alınmışdır. Həmin teleqram Alikantedə fəaliyyət göstərən Almaniyanın müvəqqəti işlər vəkili Hans Hermann Völkers tərəfindən Berlindəki qurumlara göndərilmişdir. Teleqramda Völkers "Frankoya aid olduğu güman edilən və hazırda dövriyyədə olan bir bəyanat"a istinad etmişdir. Bu bəyanat respublikaçıların nəzarətində olan ərazilərdə, xüsusilə də Levant bölgəsində yayılmışdır. Sözügedən bəyanata görə, Franko Madridə doğru irəliləyən dörd milliyyətçi kolonun mövcudluğunu, həmçinin şəhər daxilindən hücuma keçməyə hazır olan beşinci bir kolonun fəaliyyət göstərdiyini iddia etmişdir. Həmin teleqram Almaniya diplomatik yazışmalarının məxfi korpusuna daxil olmuş və vətəndaş müharibəsindən uzun müddət sonra aşkar edilmişdir.Ruiz, Julius (2014), The 'Red Terror' and the Spanish Civil War, Cambridge, , p. 187.
Terminin ictimai məkanlarda ilk dəfə təsbit edilmiş istifadəsi 3 oktyabr 1936-cı il tarixli Madriddə dərc olunan kommunist məzmunlu gündəlik "Mundo Obrero" qəzetinin nömrəsində yer almışdır. Qəzetin birinci səhifəsində dərc olunmuş məqalədə partiya təbliğatçısı Dolores İbarruri Völkersin teleqramında qeyd edilən bəyanata çox bənzər, yaxud onunla eyni məzmunlu ifadəyə istinad etmiş, lakin bu fikri Frankoya yox, general Emilio Molaya aid etmişdir.This edition of Mundo Obrero is not available for consultation online. Many authors claim that in the article Ibarruri referred to an unidentified radio broadcast of Mola, see e.g. Preston Paul (2011), La Guerra Civil Española: reacción, revolución y venganza, Madrid, . However, other scholars quoting Ibarruri do not refer to the broadcast detail, see e.g. Ruiz 2014, pp. 185–186. Elə həmin gün İspaniya Kommunist Partiyasının fəalı Dominqo Xiron ictimai mitinq zamanı oxşar iddia irəli sürmüşdür.Domingo Girón was a Madrid mid-level Communist activist. In his speech he referred to "cierta declaración hecha por el general Mola a un periodista extranjero", Un gran mitin del Socorro Rojo internacional , [in:] Hoja Oficial del lunes 04.10.1936 Sonrakı bir neçə gün ərzində müxtəlif respublikaçı qəzetlər bu hekayəni təkrar dərc etmiş, lakin təfərrüatlar fərqli şəkildə təqdim olunmuşdur. Bəzi mənbələr ifadəni general Qonsalo Keypo de Lyano ilə əlaqələndirmiş,Ruiz 2014, pp. 186–187 daha sonralar isə bəzi sovet təbliğatçıları terminə Xose Enrike Varelanın müəlliflik etdiyini irəli sürmüşdür.Domingo Girón was a Madrid mid-level Communist activist. In his speech he referred to "cierta declaración hecha por el general Mola a un periodista extranjero", Un gran mitin del Socorro Rojo internacional , [in:] Hoja Oficial del lunes 04.10.1936 Oktyabr ayının ortalarına doğru mətbuat artıq "məşhur beşinci kolon" barədə xəbərdarlıqlar etməyə başlamışdır.Informacion radiotelegrafica , [in:] El bien publico 13.10.1936.
Tarixçilər Völkers, İbarruri, Xiron, de Yonq və digərlərinin istinad etdiyi ilkin bəyanatın mövcudluğunu heç vaxt təsdiqləyə bilməmişdir. Fransisko Frankonun, Qonsalo Keypo de Lyanonun və Emilio Molanın radio çıxışlarının mətnləri dərc olunmuşdur, lakin bu materiallarda sözügedən terminə rast gəlinməmişdir.Preston Paul (2012), The Spanish Holocaust: Inquisition and Extermination in Twentieth-Century Spain, London, . Eyni zamanda, bu ifadəni ehtiva edən hər hansı başqa orijinal bəyanat da indiyədək üzə çıxmamışdır. General Molanın 28 oktyabr 1936-cı il tarixli mətbuat konfransında iştirak etmiş avstraliyalı jurnalist Noel Monks həmin gün Molanın "" ifadəsini işlətdiyini iddia etmişdir,Preston Paul (2011), La Guerra Civil Española: reacción, revolución y venganza, Madrid, . lakin həmin tarixə qədər termin artıq üç həftədən çox müddət ərzində respublikaçı mətbuatda istifadə olunmaqda idi.Prensa Historica service, Hemeroteca Digital service.
Tarixşünaslıqda terminə müəlliflik məsələsinə dair müxtəlif yanaşmalar mövcuddur. Bir çox tədqiqatçı Molanın roluna şübhə etmədən "beşinci kolon" anlayışını “1936-cı ildə general Emilio Mola tərəfindən yaradılmış termin” kimi təqdim etmiş,Kennedy, David M. (ed.) (2007), The Library of Congress World War II Companion, New York, , p. 79; also Lejeune Anthony (ed.) (2018), Concise Dictionary of Foreign Quotations, London, ; also Romero Salvadó, Francisco J., (2013), Historical Dictionary of the Spanish Civil War, London, , p. 199. həmçinin onun dəqiq ifadəsinin yoxlanıla bilmədiyini də qeyd etmişdir.Preston Paul (2011), El holocausto español: Odio y exterminio en la Guerra Civil y después, 2011, . Bəzi mənbələrdə Mola bu termini spontan mətbuat müsahibəsi zamanı işlətmiş şəxs kimi göstərilmiş və hadisənin müxtəlif, lakin detallı versiyaları təqdim olunmuşdur.One version is , Carrillo Alejandro (1943), Defensa de la revolución en el Parlamento, s.n. 1943. Other version is , Pérez de Oliva, Fernán (1991), Historia de la invención de las Indias, Madrid 1991, , p. 22. Ən geniş yayılmış versiyalarda Molanın müəllifliyi ehtimal səviyyəsində təqdim edilmiş, bunun sübut olunmadığı vurğulanmışBarros Andrew, Thomas Martin (2018), The Civilianization of War: The Changing Civil–Military Divide, 1914–2014, Cambridge, , p. 49. və ya ifadənin Molaya "aid edildiyi",Loeffel Robert (2015), The Fifth Column in World War II: Suspected Subversives in the Pacific War and Australia, London, . onun bunu "guya iddia etdiyi" qeyd edilmişdir.Beevor, Antony (2006), The Battle for Spain: The Spanish Civil War 1936-1939, London, . Digər müəlliflər "general Molanın istinad etdiyi görünən məşhur beşinci kolon" ifadəsi ilə bu qeyri-müəyyənliyi açıq şəkildə əks etdirmişdir.Cierva, Ricardo de la (1996), Historia esencial de la Guerra Civil Española: todos los problemas resueltos, sesenta años después, Madrid, . Bəzi tədqiqatçılar terminın Kommunist təbliğatı tərəfindən ya əhval-ruhiyyəni yüksəltmək, ya da terror və repressiyalara bəraət qazandırmaq məqsədilə icad edilmiş olmasını mümkün, hətta ehtimal edilən hesab etmişdir;. İlkin mərhələdə bu anlayış pıçıltı kampaniyasının tərkib hissəsi olmuş, sonradan isə kommunist təbliğatçıları tərəfindən açıq şəkildə dövriyyəyə buraxılmışdır.Ruiz Julius (2014), The 'Red Terror' and the Spanish Civil War, Cambridge, , p. 185. The opposing view is that the Republican repression was inadvertently triggered by Mola, who did not realize what effect his alleged statement would have, Laguna Reyes Albert, Vargas Márquez Antonio (2019), La Quinta Columna: La guerra clandestina tras las líneas republicanas 1936-1939, Madrid, . Bununla yanaşı, terminın mənşəyi ilə bağlı digər fərziyyələr də irəli sürülmüşdür.A British correspondent in the Republican zone claimed after the Civil War that "many weeks" before October 1936 he had used the term in The Daily Telegraph when discussing the Nationalist advance towards Madrid. Allegedly the term was picked up by Republican journalists and in turn somehow filtered out to the Nationalist zone; Mola liked it and started to use it. The alleged reference in The Daily Telegraph has never been identified. Thomas, Hugh (2018), La guerra civil española, Madrid, .
İfadənin yaranma kontekstini nəzərə alan bəzi müəlliflər "beşinci kolon" terminini yalnız hərbi əməliyyatlarla əlaqədar hallara tətbiq etmiş, gözlənilən hücumu dəstəkləmək məqsədilə tərəfdarların həyata keçirə biləcəyi daha geniş və qeyri-müəyyən fəaliyyət spektrinə şamil etməmişdir.
Azərbaycanda Qərb ilə bağlı Bu ifadə Azərbaycanın həm tarixşünaslığında, həm də siyasi aləmində istifadə olunmuşdur. "KharCenter" tərəfindən Azərbaycanda 1993-cü ildən etibarən müşahidə olunan avtoritarlaşma prosesi ilə bağlı hazırlanmış tədqiqatda qeyd edilmişdir ki, bu proses bir sıra sistemli xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərə bütün seçkilərin kütləvi pozuntularla müşayiət edilməsi və nəticələrin siyasi hakimiyyətin xeyrinə dəyişdirilməsi, konstitusiyaya əsasən müstəqil hesab edilən icra, qanunverici və məhkəmə hakimiyyəti qollarının praktikada prezidentə tabe etdirilməsi daxildir. Eyni zamanda, tədqiqatda media azadlığının faktiki olaraq aradan qaldırıldığı, televiziya, çap və onlayn media da daxil olmaqla ölkənin bütün informasiya məkanının tam nəzarət altında saxlanıldığı vurğulanmışdır. Bundan əlavə, çoxpartiyalı siyasi sistemin əsas institutlarının sıradan çıxarıldığı, müxalif siyasi fəaliyyətin davamlı və sərt repressiyalara məruz qaldığı, vətəndaş cəmiyyətinin GONGO-lar vasitəsilə nəzarət altına alındığı, habelə hakimiyyətə qarşı çıxan şəxslərin "beşinci kolon" kimi təqdim edilərək xarici agent və ya xəyanətkar kimi damğalandığı bildirilmişdir. Odur ki, Azərbaycan rəsmiləri mütəmadi olaraq, QHT sektoruna, media quruluşlarına və müxalif düşərgəyə aid bəzi qüvvələri "beşinci kolon" adlandırır.https://musavat.com/news/5-ci-kolon-kollaborasionizm-ve-komporador-burjuaziya-professorun-aktual-meqalesi_736496.html
2014-cü ilin dekabrında Azərbaycan mətbuatında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev məqaləsi dərc olunmuşdur. Burada Mehdiyev digər açıqlamalarla yanaşı, ABŞ və Aİ-ni Azərbaycanda "beşinci kolon" yaratmaq cəhdlərində və "rəngli inqilab" istəyini alovlandırmaqda günahlandırmış, həmçinin Qərb tərəfindən dəstəklənən şəxslərin və təşkilatların adını xüsusi olaraq çəkmişdir. Həmin dövrdə Azərbaycanın hakim elitası həmçinin Qərb dövlətlərini Azərbaycanda "beşinci kolon"u dəstəkləməkdə, eləcə də Qarabağ münaqişəsində Ermənistana siyasi dəstək verməkdə günahlandırmışdır.https://pism.pl/publications/PISM_Policy_Paper_no__32__134___Azerbaijan_s_Risky_Game_between_Russia_and_the_West Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski 2015-ci ildə bildirmişdir ki, Azərbaycan hakimiyyəti "Qərb ölkələrinin təzyiqlərinə qarşı sərt mövqe nümayiş etdirir" və ölkədə "geniş miqyaslı etiraz aksiyalarının təşkilinə imkan vermir". O, əlavə etmişdir ki, "bəzi QHT-lərin dəstəyi ilə xarici təsir qüvvələrinin Azərbaycanda "beşinci kolon" yaratmağa çalışır". Azərbaycan Dövlət İnformasiya Agentliyi də 2018-ci ildə Avropa Şurası Parlament Assambleyası və ABŞ Konqresinin Helsinki Komissiyasının "Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr" tərəfindən "oyuncağa çevrilmiş" olduğunu yazmışdır.