"Kopenhagen" () — Danimarkanın eyniadlı paytaxtının futbol klubu.
Tarixi Klubunun əsası 1 iyul 1992-ci ildə qoyulmuşdur4 dəfə ÇL, 6 dəfə AL: "Qarabağ"ın rəqibini yaxından tanıyaq . apasport.az, 04.08.2017 .
Uğurları 2017-ci ilə qədər 12 dəfə ölkə çempionu, 6 dəfə Danimarka çempionatının ikincisi olmuş; 8 dəfə ölkə kubokunu, 1 dəfə Danimarka Liqa Kubokunu, 3 dəfə isə Superkubokunun qalibi adını qazanmışdır.
Stadionu thumb|Stadionu "Şirlər" ləqəbini daşıyan komanda ev oyunlarını 38065 nəfərlik tutumu olan "Telia Parken" stadionunda keçirir.
Rəhbərlik Klubun prezidenti Bo Riqard, baş məşqçisi isə 2013-cü ildən norveçli mütəxəssis Stole Solbakkendir.
UEFA turnirlərində "Kopenhagen" 2017-ci ilə qədər 4 dəfə Çempionlar Liqasının (2006/07, 2010/11, 2013/14, 2016/2017) qrup mərhələsində çıxış edib. Komanda bunlardan birində 1/8 finala adlasa da, daha da irəli gedə bilməyib.
6 dəfə isə Avropa Liqasının (2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2014/15) qrup mərhələsində oynayıb. Bundan əlavə, 1 dəfə Çempionlar Liqasının qrupunda 3-cü yeri tutaraq, Avroliqaya düşmüş və həmin turnirdə 1/8 finala qədər irəliləmişdir.
2017/2018 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan "Kopenhagen", Sloveniyanın "Jilina" (3:1, 1:2), ardınca isə Makedoniyanın "Vardar" (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdırsa da, pley-off mərhələsindəki rəqibi Azərbaycan çempionu "Qarabağ"-a (0:1, 2:1) iki oyunun nəticəsinə görə məğlub oldu.
İstinadlar
Kateqoriya:Danimarka futbol klubları Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:Kopenhagendə futbol