Qürgen Yanıkyan (; ) — erməni terrorçusu, türk dipQürgen Yanıkyan
Həyatı Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ-yə köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.
Yanıkyan ABŞ-də bir neçə roman nəşr etdirir. 27 yanvar 1973-cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" hotelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar hotelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi:
"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"
Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
İstinadlar
Xarici keçidlər Imprisoned Armenian Dies Урок истории для Мелика-Шахназаряна Ermeni Terörü Türkiye'nin Terör İle Tanışması
Həmçinin bax Erməni terrorizmi
Kateqoriya:Terrorçular Kateqoriya:Ermənilər Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:SSRİ-dən İrana mühacirət edənlər Kateqoriya:İrandan ABŞ-yə mühacirət edənlər