Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Toponimikası Jidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var.
Tarixi 1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılıb.
Coğrafiyası və iqlimi Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir. Qonşu kəndləri Gəgiran, Diryan, Tuado.
Əhalisi Kəndin əhalisi etnik talışlardan ibarətdir. Danışıq dili olaraq əsasən talış dilində danışırlar. Kənd əhalisi İslam dininin şiə məzhəbinə etiqad edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri