Hacıalılar — Azərbaycan Respublikasının Şəmkir rayonunun Hacıalılar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Hacıalılar kəndi Qasımalılar kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıalılar kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsidir.

Əhalisi Kənd əhalisi 489 nəfərdir ki, onunda 246 nəfəri kişi, 243 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şəmkir rayonunun kəndləri