Hacısamlı — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Hacısamlı kəndində taxta emalı zavodu fəaliyyət göstərdiyi üçün çox vaxt el arasında bu kəndə "Taxta zavodu" və yaxud da sadəcə "Zavod" adlandırırdılar. Lakin kəndin adı Qaraqasımlı tayfasının ulu babası Hacı Sam İslam oğlunun şərəfinə Hacısamlı adlandırılmışdırƏli Əliyev. Laçın-Qədim Oğuz yurdu. "Avropa" nəşriyyatı. Bakı-2009. səh. 50.. Söz kökü mürəkkəb söz olmaqla düzəltmə sözdür. Hacısamlı antrotoponimi üç hissədən ibarətdir ki, sözün birinci hissəsi olan hacı sözü haca (həccə) gedən şəxsin tituludur və şəxs adlarının əvvəlində işlənir. Sözün ikinci hissəsi Sam sözü əski türk dilində – böyük anlamını verir. Türkdilli xalqlar islam dinini qəbul etdikdən sonra şəxs adlarının ərəb dilində olan sözlərdən yararlanması prosesi çox sürətləndi. Sam ərəbcə isti ölkələrdə əsən güclü, isti külək - səmum (güclü, yandırıcıı) küləyi anlamındadır. Quran ayəsində də bu küləyin adı çəkilir. Sözün üçüncü hissəsi olan, tipik soyad sonluqlarına qoşulan –lı şəkilçisi burada yer adının sonluğuna qoşularaq sözün həm formasını, həm də mənasını dəyişdirməklə yeni mənalı söz əmələ gətirmişdir.Hacısamlı adlanan bu təxəllüs (soyad) Azərbaycan türkcəsində bir neçə formada - Hacısamlı tayfası, Hacısamlı camaatı, Hacısam köyü, Hacısamlı kəndi, Hacısamlı dairəsi, Hacısamlı bölgəsi, Hacısamlı nahiyəsi, Hacısamlı bəyliyi, Hacısamlı obası, yaxud da Hacısamlı dərəsi və s. formalarında istifadə edilmişdir.
Tarixi Azərbaycan Respublikasının Laçın rayonunun Qasımuşağı obasının inzibati ərazi vahidində yerləşən bu kənd Şəlvəçayın sahilində yerləşir. Qarabağın qaraçorlu tayfasına daxil olan hacısamlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrin məlumatına görə, XIX əsrin 30-cu illərində hacısamlıların bir hissəsi Naxçıvan qəzasınnın Həsənkənd, Horvadıx, Ələyəz, Güneyvənk, Qovuşuq, Herher, Ostı və Obana kəndlərinə köç etmiş və yaşamışdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 221
Hacısamlı kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsininПолное собрание законов Российской империи, собрание 2-е, т. XV, ст. 13368, 1867-ci ildə Zəngəzur qəzasınınПолное собрание законов Российской империи, собрание 2-е, т. XLII, ч. 2, ст. 45259 tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdurИз протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır.. 10 noyabr 2020-ci il tarixli Azərbaycan–Rusiya–Ermənistan üçtərəfli müqaviləsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub.
Mədəniyyəti Hacısamlı kəndində orta məktəb, kitabxana, klub, kino qurğusu, mərkəzi aptek, çörəkbişirmə sexi, iki mağaza, tibb məntəqəsi, taxta emalı zavodu fəaliyyət göstərmişdir.
Coğrafiyası və iqlimi Şəlvəçayın sahilindədir.
Əhalisi Erməni işğalına qədər əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur. Kənd əhalisinin az olmasına, ümumilikdə Qasımuşağı tayfası adlandırılmasına baxmayaraq onlar bir neçə tayfa və tirələrə ayrılmışdır.
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 341 nəfərdir.
Kənd əhalisindən Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fateh:
Adil Calal oğlu Qasımov (1970–1992).
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Hacısamlı camaatı
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri Kateqoriya:Qasımuşağı obası