Dəstəgird — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir.

Tarixi 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.183 qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdırErmənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.79.

Mədəniyyəti

Coğrafiyası və iqlimi

Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindənГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73 əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 146-147. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 76-77, 146-147. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

Məmmədov Yusif Əbülfət oğlu - Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Sünik mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan şəhərləri Kateqoriya:XII əsrdə yaranan yaşayış məntəqələri