() — aləminin dəstəsinə aid bitki fəsiləsi.
Arealı Cənubi Afrika, Meksika və Aralıq dənizi ölkələrinin quru, daşlıq yerlərində yayılan 35 cinsi və 1400 növü məlumdur.
Botaniki xarakteristikası Dovşankələmikimilərin çiçəkləri müntəzəmdir. İkicinsli, az-az hallarda bircinsli, ikievli bitkilərdir. Sadə, qarşılıqlı düzülmüş yarpaqları ətli, gövdəsi şirəli olur. Çiçəkləri ikiqat yanlıqlı, çox vaxt ikicinsiyyətli, beşüzvlüdür, ayrı-ayrı hallarda 3-4-6 üzvü olur. Kasacıqları sərbəstdir ya da nadir hallarda aşağıdan bitişikdir. Ləçəkləri sərbəstdir və ya az-çox bitişikdir. Erkəkcikləri 10, bəzən 6-8-12 və ya 20-dir. Yuxarı yumurtalıqdır, az-az hallarda yumurtalığı yarım aşağıdır. Meyvəsi 5–10 meyvə yarpaqcığının birləşməsindən əmələ gəlmişdir. Meyvəsi çoxtoxumlu yarpaqmeyvədir. Ot və ya kol şəklindədir. Yarpaqları adətən ətli (sukkulent) və bəsitdir. Entonomofil və kserofit bitkilərdir.
Cinsləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:30–34 ID olan Taksonbar