Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı–Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə–Qazax düzənliyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992109102710822009↗2364↗1186↗1178
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Aşağı Mülkülü poçt şöbəsi (AZ6044) fəaliyyət göstərir.
Təhsil Kənddə Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Aşağı Mülkülü həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Aşağı Mülkülü kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri