Səfəvi–Osmanlı müharibəsi (1603–1618) — 1603–1618-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə."История Востока" (в 6 т.). Т. III "Восток на рубеже средневековья и нового времени. XVI–XVIII вв." — Москва: издательская фирма "Восточная литература" РАН, 1999. ISBN 5-02-018102-1 Müharibə 15 il ərzində davam etmiş və səfəvi dövlətinin qələbəsi ilə bitmişdir.
Şərq sərhədlərində güclü bir dövlətin Səfəvi xanədanının qurulması ilə barışmayan Osmanlı imperiyası ona qarşı bir neçə dəfə müharibə aparmalı olmuşdur. Bu müharibələrdə uğur gah Səfəvilərdə, gah da Osmanlılarda olmuşdu. Sonuncu 1578–1590-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə zamanı Səfəvilər bir çox qələbələr qazansalar da, dövlətin daxili vəziyyətində baş verən çəkişmələr Osmanlı İmperiyasının qələbəsinə gətirib çıxardı. 1590-cı ildə bağlanan İstanbul sülh müqaviləsinəMahmudov, Yaqub (2009). AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ DÖVLƏTLƏRARASI MÜQAVİLƏLƏR VƏ DİGƏR XARİCİ SİYASƏT AKTLARI. Bakı. əsasən, Talış bölgəsi istisna olmaqla Bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi – Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçir.
1587-ci ildə hakimyyətəgələn Şah I Abbas Səfəvi dövlətin qüdrətini yenidən canlandırmağa çalışır. Bunun üçün isə ilk növbədə İstanbul sülhü ilə itirilmiş Azərbaycan torpaqlarının Osmanlılardan geri alınması prosesinə başlayır. Müharibə Səfəvi dövlətinin qələbəsi ilə yekunlaşır və əvvəlcə İstanbul sülh müqaviləsi (1612-ci il), sonra isə Sərab sülh müqaviləsi (1618-ci il) ilə tamamlanır. Hər iki sülhə görə Səfəvi dövləti itirilmiş Azərbaycan ərazilərini geri qaytarır.
Tarixi 150px|left XVI əsrin 80-ci illərində osmanlılar tərəfindən Azərbaycanın işğal edilməsi əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Təbriz, Şirvan, Qarabağ və Gəncədə əhalinin osmanlılara qarşı mübarizəsi davam etsə də şəhərlərini və ərazilərini qorumaqda axıra qədər davam gətirə bilmirdilər. Onların bir hissəsi doğma yerlərini tərk edib ölkənin başqa yerlərinə getmək məcburiyyətində qalırdılar. 1588-ci ildə Gəncə və Qarabağdan sıxışdırılan qacar və digər qızılbaş tayfaları öz ərazilərini qaytarmaq uğrunda gərgin mübarizə aparırdılar. Səfəvi-Osmanlı sülh danışıqlarının aparıldığı dövrdə onlar Gəncə və Qarabağı mühasirədə saxlayaraq mübarizəni davam etdirirdilər. Osmanlıların I Şah Abbasa dəfələrlə təkid etməsindən sonra şahın Məhəmməd xan Ziyad oğlu Qacara müraciəti ilə Qacarlar Qarabağın mühasirəsini dayandırdılar. Beləliklə, əhalinin vəziyyətinin getdikcə pisləşməsi, özbaşınalığın artması, dağıntılar, iqtisadi böhran Azərbaycanda əhalinin osmanlı işğalına qarşı mübarizəsini daha da artırırdı.
I Şah Abbas ciddi hərbi hazırlıqdan sonra Osmanlılar tərəfindən tutulmuş torpaqları geri qaytarmaq üçün 14 sentyabr 1603-cü ildə Təbrizə doğru hərəkət etdi. Yolda Əmirgünə xan Qacarın Qəzvin və Zülfüqar xan Qaramanlının Ərdəbil alayları da onunla birləşdilər. Onlar on dörd günə Təbriz qala qapılarına çatdılar. Qızılbaş ordusunun yaxınlaşdığını görən Təbriz və onun ətraf əhalisi osmanlılara qarşı çıxışlara başladılar. 21 oktyabr 1603-cü ildə I Şah Abbas Təbrizi tutdu. Təbriz tutulduqdan sonra qərbə doğru hərəkət edən I Şah Abbas Əli Paşanın başçılıq etdiyi Təbriz qarnizonunu dağıtdı. Əli Paşa əsir götürüldü. Təbriz qaytarıldıqdan sonra Zülfüqar xan Qaramanlı Azərbaycana bəylərbəyi təyin olundu. Amma bir qədər sonra şah onun yerinə türkman tayfalarının başçısı Pirbudaq xan Pornaqı təyin etdi.
Qızılbaşlar tərəfindən Culfa və Naxçıvan döyüşsüz tutuldu. Şəhərdəki Osmanlı qarnizonu müqavimət göstərməyib təslim oldu. Maku hakimi Mustafa bəy şahın düşərgəsinə gəlib ona xidmət edəcəyini bildirdi. Qızılbaş ordusunun gəlişindən xəbər tutan Ordubad əhalisi Osmanlılara qarşı üsyan qaldırdı. Ona görə də şəhər osmanlılar tərəfindən dağıdıldl. Ordubad əhalinin köməyi ilə ələ keçirildi. Ordubadın əhalisinə və iqtisadiyyatına ciddi zərər dəydiyi üçün baş vəzir Hətəm bəy Ordubadinin təklifi ilə ordubadlıların dövlət vergilərindən azad edilməsi haqqında şah fərman verdi. I Şah Abbas Culfa və Naxçıvan ələ keçiriləndən sonra İrəvan qalasını tutmaq haqqında göstəriş verdi. Qızılbaşlar İrəvanda osmanlıların çox böyük müqaviməti ilə qarşılaş-dılar. Mühasirə 1603-cü il oktyabrın 18-dən 1604-cü iyun ayının 8-nə qədər davam etdi. İrəvan qalasının alınmasında Culfa və Naxçıvan əhalisinin gücündən də istifadə olundu. Çox çətinliklə İrəvan qalası ələ keçirildi. Osmanlı sərkərdələri Şərif paşa və Xızır paşa əsir alındı. Şah onların hər ikisini sərbəst buraxdı. Şərif paşa Osmanlı dövlətinə qayıtmadı, Xızır paşa isə öz ölkəsinə qayıtdı. Şah Çuxur-Sədə Əmirgünə xan Qacarı hakim təyin etdi. Maqsud Sultan Kəngərli Naxçıvana hakim təyin edildi.
İrəvan qalası alındıqdan sonra Səfəvi ordusu Van üzərinə yürüş edərək çoxlu qənimət ələ keçirərək bölgənin əhalisinin çoxunu Səfəvi dövlətinin ərazilərinə köçürdü. Cığalızadə Yusif Sənan Paşanın komandanlığı ilə Osmanlı ordusunun yürüşü ilə əlaqədar qızılbaşlar Qars ərazisindən geri çəkildilər. I Şah Abbas Sənan Paşanın rəhbərliyi ilə Osmanlı ordusunun Azərbaycana yütüşü ilə əlaqədar I Şah Təhmasib dövründə tətbiq olunan "yandırılmış torpaq" taktikasından istifadə edərək Naxçıvan, İrəvan, Culfa və Arazın sol sahilindəki digər ərazilərdə yaşayan əhalini ölkənin daxili vilayətlərinə köçürdü, ərzaq və ələf nə varsa götürüldü, qala isə məhv edilib yandırıldı. I Şah Abbasın bu siyasəti həmin ərazilərdə əhalinin sayının kəskin azalmasına səbəb oldu.
I Şah Abbas hərbi-siyasi tədbir kimi görünən bu siyasətiilə həm də İsfahan, Mazandaran və digər bölgələrin məhsuldar qüvvələrini inkişaf etdirmək, Osmanlı təhlükəsi ilə əlaqədar Avropaya gedən tranzit ticarət yolunun istiqamətini Cənuba — Fars körfəzinə keçirməyi nəzərdə tuturdu.
1603–1612-ci illər
Səfəvi-Osmanlı qarşıdurmalarında ilkin həmlələr Şah Abbas Azərbaycanın xeyli hissəsinin, Cənubi Qafqaz ərazisinin Səfəvilər dövlətinin tərkibinə qaytarılması məqsədilə XVI əsrin sonlarından etibarən əsaslı tədbirlər keçirməyə başlamışdı. Osmanlı Türkiyəsi ilə yeni hərbi münaqişə labüd gerçəkliyə çevrilməkdə idi. Şah Abbas 1599-cu il iyulun 29-da Herat yaxınlığında Dinməhəmməd xan Özbəkin ordusunu məğlub etdi və Mavərənnəhri öz təsiri altına aldı. 1602-ci ildə Şahın Bəlxə növbəti səfəri uğursuz olsa da, Səfəvi dövlətinin hərbi qüdrətini nümayiş etdirdi. Bu, Şah qoşununun qərbdə osmanlılara qarşı əsas döyüşü üçün sanki "baş məşq" oldu.
Bu dövrdə Avropa dövlətləri də Osmanlı qüvvələrinin şərqə çəkilməsi üçün Səfəvilərin Türkiyə ilə toqquşmasına maraq göstərirdilər. Şah Abbas osmanlılara qarşı müharibəyə hazırlaşdığı zaman alman imperatoru II Rudolf (1552–1612) öz elçisi Stefan Kakaşı, onun ölümündən sonra isə Tektanderi Səfəvi sarayına danışıqlara göndərmiş, Türkiyəyə qarşı hərbi ittifaq yaradılması şaha təklif edilmişdi. İspaniya kralı II Filip də Səfəvi şahını osmanlılara qarşı müharibəyə təhrik edir, əvəzində Ġran körfəzində ona kömək göstərəcəyini söz verir.
Osmanlıların ön Qafqazdan qovulmasında Rusiya da maraqlı idi. Hələ 1590-cı il müqaviləsinin imzalanmasınadək Şah Abbas öz səfiri Hadi bəyi Moskvaya göndərmişdi. Səfəvi şahı Cənubi Qafqazda osmanlılara qarşı mübarizədə rusların yardımına təminat əldə etmək istəyirdi. Şah Abbas göstəriləcək hərbi yardım müqabilində Dərbəndi və Bakını Rus (Moskva) dövlətinə bağışlamaq fikrində idi. Lakin İstanbul sülhünə görə Azərbaycanın və Dağıstanın Xəzərsahili vilayətləri Osmanlı Türkiyəsinin əlində qalmış və tərəfləri yeni danışıqlara vadar etmişdi. Rus çarı Boris Qodunov öz elçisi Yaroslavskini Səfəvi sarayına göndərmiş, şahın osmanlılarla sülh bağlamayacağı təqdirdə ona hərbi yardım edəcəyini bildirmişdi. Volqa-Xəzər ticarət yolunun Osmanlı nəzarətindən azad edilməsi kimi vacib məsələdə olan ümumi maraq Səfəvi dövləti ilə Rusiyanın yaxınlaşması üçün şərait yaratdı. Lakin bu yaxınlaşma nəticəsiz qaldı.
XVII əsrin başlanğıcında Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi. Yerli feodallar Səfəvi dövlətinə Osmanlı işğalından özlərinin xilaskarı kimi baxırdılar. Bu zaman Azərbaycanda Osmanlı ağalığına qarşı başlanan üsyanlardan istifadə edən Şah Abbas 1603-cü il sentyabrın 14-də Azərbaycana yürüşə başladı.
Təbrizin mühasirəsi və tutulması XVI əsrin sonu və XVII əsrin başlanğıcında Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi və Şah Abbasa buraya gəlmək üçün yol açmış oldu. Avstriya müharibəsi və Cəlali üsyanları səbəbiylə Osmanlı imperiyası şərq əyalət əsgərlərinin maaşlarını ödəməkdə çətinlik çəkirdi və buradakı əsgərlər bunları bəhanə edərək ətrafdakı sancaqları talan edirdilər. Səlmas qalasının hakimi Qazi bəy də bu talan əməliyyatlarından öz payını aldı və 1603-cü ilin mayında Şah Abbasdan kömək istədi. Şaha xan titulu, qılınc, kəmər, kavuk təqdim edildi.
Təbriz bəylərbəyi zəncirqıran Əli paşa, xəyanət olaraq gördüyü bu hərəkəti cəzalandırmaq üçün Təbrizdə zəifləmiş bir qarnizonu qoyub Qarnıyarıq qalasına sığınan Qazi bəyin üstünə getdi. Əməliyyata Naxçıvandakı türk qoşunları da qatıldı. Qarnıyarıq qalası ələ keçirilsə də, Qazi bəy qaçmağı bacardı və İsfahanda şaha sığındı.
Şah Abbas bu fürsətdən yararlanmağın vaxtı çatdığını anladı və 15 avqust 1603-cü ildə İsfahanda səfər hazırlıqlarına başladı. Komandirlərdən biri olan Allahverdi xana Bağdada yürüş əmri verildi. 14 sentyabrda ordusu ilə İsfahandan hərəkətə keçən şah Abbas 17 sentyabrda daha şimaldakı Kaşana çatdı. Bu şəkildə Mazandaran üzərinə yürüş edəcəyinin şayiəsini və təəssüratını yaymağa çalışdı.
Ərdəbil bəylərbəyi Zülfüqar xan Qaramanlı və Qəzvin bəylərbəyi Əmirgünə xan Qacarın qoşunları ilə birlikdə ona qoşulma əmri verərək hərəkətə keçdikdə Osmanlılar Şah Abbasın hədəfinin Təbriz olduğunu başa düşdülər. Nəhavəndi müqavimətsiz alan Şah Abbas və ordusu 26 sentyabrda Təbrizə gəldi və şəhəri mühasirəyə aldılar.
Mənbələr 5000 tüfəngçi,200-ə yaxın müdafiə topu və 10 il davam edə biləcək taxıl ehtiyatının olduğunu irəli sürən güclü qarnizonun olduğunu iddia edirlər. Lakin bu qoşunların əhəmiyyətli hissəsi Qazi bəyin cəzalandırılması əməliyyatında iştirak etmək üçün Təbrizdən kənarda idilər. Əli paşanın oğlu Təbrizdəki qarnizona rəhbərlik edirdi.
thumb|right|180px| Təbrizin mühasirəsini görən bir Avropalı səyyahın mühasirədən sonrakı qırğının təsviri. 1603-cü il 1585-ci ildə Osmanlı qoşunları tərəfindən Təbriz fəth etdikdən sonra şəhər ciddi dağıntıya məruz qaldı və əhalinin əhəmiyyətli hissəsi şəhərdən köç etdi. Əhalinin bir hissəsi zamanla sükunətin hakim olması səbəbiylə geri qayıtsa da, yerli əhalinin demək olar ki, əksəriyyətini təşkil edən azərbaycanlıların da şiə təriqətindən istifadə etmələri qadağan edilmişdi. Şah Abbas ordusunun gəlişindən xəbərdar olan, yerli əhali şiəliyin simvolunu bildirən baş geyimləri geyindilər. Xalqın sevincini görən Osmanlı qoşunları şəhərdən ayrılıb qalaya toplandılar. Lakin qala komandiri mühasirəyə alanların kim olduğunu əvvəlcə anlamadı və atasına şəhərin talançıların əhatəsində olduğu xəbərini göndərdi.
Şah Abbas əvvəlcə bəzi qoşunlarını şəhərə sızdırdı. Bu əsgərlər qaladakı qarnizona fikir vermədən mühafizəçiləri öldürməyi bacardılar. Bu mərhələdə Şah Abbas 500 əsgəri tüccar kimi şəhərə soxdu. Bu əsgərlər mühafizəçiləri öldürülmüş qala qapılarını açarkən, Şahın seçkin 6000 nəfərlik qoşunu qalaya hücum etdi. İki dövlətin qoşunları arasında toqquşma oldu. Portuqaliyalıların komandirliyindəki topçu qoşunları qalanı bombalamağa başladı..
Qalanı mühasirəyə alanın şah Abbas olduğunu başa düşən qala komandiri bu dəfə atası Əli paşaya daha iki elçi göndərdi və kömək istədi. Səfəvi ordusunun Təbrizin qarşısına gəldiyini xəbər alan və Qarnıyarıq qalası üzərinə səfərindən dönən Əli paşa,28 sentyabr 1603-cü ildə Təbrizin şimal-qərbindəki Sufiyan yaxınlığındakı Ezbend bölgəsində 15 min nəfərlik Səfəvi qoşunu ilə qarşılaşdı. Sayı az olan Osmanlı qoşunları, bu döyüşündə böyük məğlubiyyətə uğradılar. Döyüşdə Axıska bəylərbəyi Xəlil paşa öldürülrnüş, Əli paşa əsir alınmışdı.