Right|200px|thumb|Minbər və mehrab
Minbər () — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü.Azərbaycan dilinin izahlı lüğəti. III cild. Bakı, Şərq-Qərb, 2006
Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər.
İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir.
Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Həmçinin bax Məscid Mehrab
İstinadlar
Kateqoriya:Məscidlər Kateqoriya:Memarlıq Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam memarlığı elementləri Kateqoriya:Məscid memarlığı Kateqoriya:İslam terminləri