Okkultizm — Kultizm və mistisizm. Ümumi mənada, elmin əhatə dairəsindən kənarda qalan fövqəltəbii inanc və əməllər toplusu.
Gizli məlumatlar mənasını verən okkultizm latın sözü olub "gizləmək", "saxlamaq" mənasını verən occulare sözünün kökündən gələn "okkultus" (gizli) sözündən götürülmüşdür. Ümumilikdə okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir.
Okkultizm özündə bir neçə sirli bilgiləri cəmləmişdir və bu bilgilərin istər qorunub saxlanılmasında, istərsə də açıqlanmasında xüsusi əhəmiyyətli yer tutur. İlkin başlanğıcda qərbdə, Avropada yaranıb formalaşan okkultizm sonradan bütün dünyada məşhurlaşan gizli bilgilər mənbəyi kimi tanınan məlumatlar toplusuna çevrilmişdir.
Okkultizmin içinə aldığı məlumatlardan magiya (cadu və cadugərlik), astrologiya (nücum elmi), numerologiya (rəqəmlərin sirri), simvolizm (simvolların sirri), teologiya (ruhi varlıqlar), tarot kimi bilgilər xüsusi yer tutur. Bunlardan əldə etdikləri məlumatlar əsasında okkult astrologiya, okkult anatomiya və s. kimi gizli elmlər formalaşıb.
Okkultizm həm elmin, həm də dinin açıqlaya bilmədiyi müəmmaların açıqlanmasında vasitələrdən sayılır. Ədəbiyyatda okkultizmə geniş şəkildə Amerikalı yazıçı Hovard Filips Lavkraft müraciət etmiş, əsərlərində qədim Hindu inanc, din və tanrılarını təsvir etmişdir (Ktulhu kultu, Yiq tanrısı və s.)
Tarix Gizli fəlsəfə () termini ilk dəfə 16-cı əsrdə alman əsilli Henrix Kornelius Aqrippa tərəfindən istifadə edilmişdir. Okkult elmlər termini isə 18-19-cu əsrlərdə yaşamış fransız yazıçısı Ezeba de Salvert tərəfindən yazdığı kitabında istifadə edilmişdir və nəhayət "okkultizm" termini 1856-cı ildə fransız okkultist yazıçı, filosof, ezoterik Elifas Levi tərəfindən geniş şəkildə istifadə edilməyə başlamışdl. Lakin ona qədər 1853-cü ildə mason yazıçısı Jan-Mari Raqon da məşhur "Okkult Masonluq" () əsərində okkultizm terminini istifadə edərək onu İntibah dövründən bəri "okkult elmləri" və ya "okkult fəlsəfəsi" adlandırılan əvvəlki təcrübələrlə, eləcə də Çarlz Furyenin son sosialist təlimləri ilə əlaqələndirmişdir. Elifas Levi bu əsərlə tanış idi və bu termini ondan götürmüş ola bilər. Levi həmçinin qədim okkult elmləri ənənəsinin qoruyucusu və okkult fəlsəfəsinin tərəfdarı olduğunu iddia edirdi. Okkultizm məhz Elifas Levinin bu termindən istifadə etməsi sayəsində geniş yayılıb və hər yerdə tətbiq olunmağa başlayıb, çünki fransız tarixçisi Antuan Fevrə görə Levi Avropa və ABŞ-da ezoterizmin əsas nümayəndəsi idi.
1884-cü ilə qədər Jozef Peladan "okkultizm" dedikdə bütün "okkult elmləri" nəzərdə tuturdu.
Kateqoriya:Okkultizm Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər