Mingəçevir kilsə kompleksi — 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.Q.M.Aslanov, R.M.Vahidov, Q.İ.İone – Qədim Mingəçevir, Bakı, 1959.Qazıyev S. M. İki küp və iki katakomba qəbri. MKA, III, Bakı, 1953

Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər birnefli bazilikaların Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun parlaq nümunəsidir. Sadə və arxaik memarlıq quruluşuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsasən onların inşa tarixinin VI əsr sərhəddini keçmədiyi qeyd edilmişdir.Г.Г.Мамедова – Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку, Элм, 1985, səh. 8

Kompleksə daxil olan tikililər 1 №-li məbəd 150px|thumb|left|Bir nömrəli məbədin planı Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir.Ионе Г.Н. Археологические раскопки в Мингечауре.//ДАН АзССР, II, 1946, № 9. Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır.Казиев С.М. Археологические памятники Мингечаура как исторический источник для изучения истории Азербайджана.//ИАН АзССР, 1950, 7 Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır.Казиев С.М. Археологические работы в Мингечауре.//Вести АН СССР, 1947, № 12 Bu məbədin xarakterik xüsusiyyəti şərq tərəfində altarın olmamasıdır. Bundan əlavə, 0.20 – 0.60 metr ölçülü cənub və qərb divarlarının saxlanmış hissələrində arxeoloqlar qapı yeri də aşkarlamamışlar ki, bu da girişin şərq tərəfdə yerləşdiyini göstərir.Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 96 G. Məmmədova isə qeyd edir ki, “burdan belə nəticəyə gəlmək olar ki, bu bina altarı qərb tərəfdə yerləşən politeist məbədinin binasıdır.” Cənubi Qafqazda altarı qərb divarında yerləşən politeist bazilikalarının başqa nümunələrinə də rast gəlinmişdir.А. Саинян – Архитектура Касахской базилики, Ереван, АН Арм. ССР, səh. 95

Yaşayış yerinin III əsrdə formalaşması, Qafqaz Albaniyasında xristianlığın IV əsrdə dövlət dini kimi qəbul edilməsini nəzərə alan R.M.Vahidov 1 №-li məbədi IV-V əsrlərə aid edir.Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 125 G. Məmmədova isə qeyd edir ki, “bu fikir o qədər də inandırıcı deyil, çünki, məbəd yaşayış yeri ilə eyni vaxtda da inşa edilə bilərdi, açıq politeist elementlərinə malik olduğuna görə isə, şübhəsiz ki, bu məbəd xristianlığın dövlət dini kimi qəbul edilməsindən əvvəl, ehtimal ki, III əsrin II yarısında inşa edilmişdi.”

1 №-li məbədin şimal və cənub divarlarının içərisində 6 çıxıntı vardır. Həmin çıxıntılar ibadət edənlər üçün oturacaq rolunu oynamışdır. Ruhanilər üçün oturacaq yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu cür yerləri, adətən, kilsə döşəməsindən bir və ya iki pillə yuxarıda, xorun yanında, səcdəgaha doğru səmtdə tikirdilər. Mingəçevir məbədindəki çıxıntılar məbədin ortasına doğru yönəlmişdir. Bunun səcdəgahın Şərq hissəsində deyil, məbədin ortasında yerləşməsi ilə bağlı olduğunu güman etmək olar. Arxeoloq R.M.Vahidovun fikrincə, səcdəgah məbədin qərb hissəsində yerləşirdi.Göyüşov R. – Azərbaycan arxeologiyası. Bakı, ADU, 1975

Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Şərq divarında yerləşirdi. Bu cəhət başqa oxşar abidələrdə, habelə Amarasdakı (IV əsrə aid olan) Müqəddəs Qriqoris məbədində, Müqəddəs Yelisey monastırının ilkin kompleksinin planlaşmasında, habelə səcdəgah absidası olmayan bir sıra zəng qüllələrində müşahidə edilir.Казиев С.М. Археологические раскопки в Мингечауре. МКА, I, Баку, 1949

Mingəçevir məbədinə oxşar xristian tikililəri Albaniyada hələ kilsə qurğularının planlaşmasının ciddi qanun-qaydalarının işlənib-hazırlanmadığı dövrdə ucaldılmışdı. Ona görə də qanunla müəyyən olunmuş normalardan müəyyən yayınmalar Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi.Казиев С.М. Новые археологические находки в Мингечауре в 1948 г.// ДАН АзССР, 1948, № 9.

Katolikosluğun təsis olunmasından sonra kilsə binalarının tikintisi ciddi tələblərə tabe olunmağa başlandı. Mxitar Qoşun "Qanunnamə"sində deyilir ki, "kilsənin özülü pravoslavlığın qaydaları əsasında qoyulmalıdır, bu məsələdə yalnız yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun və yaxud xoryepiskopun icazəsi olmadan kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr edirik ki, bu cür kilsə dağıdılsın və özül yenidən qoyulsun, beləliklə, kilsə qaydasına toxunulmaz şəkildə əməl edilsin. Bu qayda sarsılmazdır".R.M.Vahidov – Mingəçevir III-VIII əsrlərdə, Bakı, Elm, 1983 150px|thumb|right|İki nömrəli məbədin planı 2 №-li məbəd

Kompleks ərazisindəki ikinci məbəd binası xristian kilsəsinə məxsus bütün xüsusiyyətlərə malikdir. 12.40x5.40 metr ölçülü düzbucaqlı zal, məbədin inşasından sonra ona əlavə edilmiş yarımdairəvi altar apsidası ilə tamamlanır. Zalın daxilində dörd dairəvi təməl daşı aşkarlanmışdır. Arxeoloqlar bu daşların məbədin dam örtüyünü saxlayan dörd sütuna məxsus olduğunu güman edirlər.Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 98 Ehtimal ki, həm sütunlar, həm də məbədin örtüyü taxtadan işlənmişdi. Bu halda məbədin plan həllində üç nef ayrılır. Lakin, məlum deyil ki, bazilikalarda olduğu kimi, bu məbəddə də, orta nef kənar neflərdən daha hündür inşa edilmişdi, yoxsa hər üç nef bərabər ölçüyə malik idi. Məbədin şimal-şərq hissəsində ona bitişik kiçik bir tikilinin qalıqları da aşkarlanmışdır ki, bu tikilini sonradan xristian məbədlərinin ayrılmaz elementlərindən biri hesab edilən narteksin ilkin variantı hesab etmək olar.

Məbədin altar hissəsindən dəyərli tarixi artefakt olan relyefli daş aşkarlanmışdır. Bəzi tədqiqatçılar daşın kapitel olması fikrini irəli sürmüşlər.М.А.Усейнов, Л. Бретаницкий, А. Саламзаде – История архитектуры Азербайджана, Москва, Гос.изд-во литерат. по строит., архит. и строит. матер., 1963, səh.35 G. Məmmədova isə qeyd edir ki, “Persepol xəzinəsi və Dedopolis Mindori məbədinin nümunələrinə əsasən taxta sütun üzərində daş kapitelin ucaldılması nümunəsini görsək də, zəngin bəzədilmiş bu daşın iri ölçüləri (yuxarıdan 78x69 sm, aşağıdan 67x92 sm) onun kapitel olması fikrini şübhə altına qoyur. Daşın xaç altlığı kimi şərh edilməsi, onun məbədin inşa edilməsi tarixi (alban kitabəsinə əsasən IV əsrdən əvvəl olmayan) və kult xarakteri Д.А.Ахундов – Архитектура древнего и раннесредневекового Азербайджана, Баку, Азерб.гос.изд-во, 1986, səh. 251 ilə daha çox uyğunluq təşkil edir.

Bu məbəd həm də binanın yüksək memarlıq-bədii ifadəliyini sübut edən interyerin dekorativ daş qalıqları ilə diqqət cəlb edir. Bu, adətən sərt və demək olar ki, bəzəklərdən məhrum olan erkən xristian dövrü məbədləri üçün qeyri-adi haldır. Bu məbədin daş relyefləri politesit məbədlərinin bəzəklərinə çox yaxındır. K. Trever qeyd edir ki, “Mingəçevir kilsə kompleksinə baxarkən, politeist məbədinin harda başa çatıb, xristian məbədinin harda başlamasını müəyyən etmək çox çətindir.” К.В.Тревер – Очерки по истории и културе Кавказской Албании ( IV в.до н.э.- VIII в. н.э), Изв.АН СССР,М.-Л., 1959, səh.297 130px|thumb|right|Üç nömrəli məbədin planı 3 №-li məbəd

Üçüncü məbəd 1 №-li məbədin yerində inşa edilmişdir. Bu məbəd böyük (12.50x5.79 m) ibadət zalından ibarət birnefli bazilikadır. Məbədin şərq divarında yarımdairəvi apsida vardır. Üçüncü məbədin əsas xüsusiyyəti, onun divarlarının qeyri adi dərəcədə qalın olmasıdır. Belə ki, məbədin divarları 2.05 metr qalınlığa malikdir. Bir müddət əvvəl inşa edilmiş 2 №-li məbəddə isə divarların qalınlığı 1.30 metri keçmir. G. Məmmədova ehtimal edir ki, divarların belə qalın inşa edilməsinin səbəbi, məbədin üzərini örtən tağın saxlanmasına hesablanmışdır.

4 №-li məbəd 130px|thumb|left|Dörd nömrəli məbədin planı Dördüncü məbəd 3 №-li məbədin xarabalıqları üzərində inşa edilmişdir. Məbəd iki müxtəlif vaxtda inşa edilmiş hissədən ibarətdir: üç kiçik otaqdan ibarət daha qədim cənub hissə və kilsə və narteksdən ibarət şimal hissə. Kilsə dağıdılmış və ya dağılmış üçüncü məbədin planını təkrar edir. G. Məmmədova qeyd edir ki, Mingəçevir kilsə kompleksində, məbədlərin bir-birinin planını təkrar etməsi təsadüf olmayın, qanunauyğunluqdur. Belə ki, bu, Qafqaz Albaniyasında yeni məbəd inşa edilən zaman qədim məbədin planının saxlanması ənənəsinin olmasından xəbər verir. Beşinci tikili məbədə şərq tərəfdən birləşir və tədqiqatçılar tərəfindən açıq qalereya – atrium kimi təfsir edilir.Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh.104 Atriuma malik erkən Roma bazilikalarından fərqli olaraq, Cənubi Qafqaz memarlığı üçün daha çox qapalı qalereyalar xarakterikdir. Mingəçevir kilsə kompleksinə daxil olan dördüncü məbədin açıq qalereyası regionda bu cür atriumların nadir nümunəsidir.

Məbədin daha qədim olan cənub hissəsi üç otaqlı olmaqla düz taxta tavanla və kərpiclə örtülmüşdü. Pəncərə və qapı kənarları nazik taxta haşiyəyə malik idi. Məbəd böyük ehtimal ki, yarımsilindrik tağla, altar hissə isə konxa ilə örtülmüşdü. Burada da xarici örtük kimi kərpicdən istifadə edilmişdi.

Tədqiqi

Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olmuşdur. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olmuşlar. Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha mürəkkəb tikililərlə eyni zamanda başlanmış, VIII əsrədək memarlıqda mövcudluğunu saxlamışdır.Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур. Баку 1959

Məbədin dövrümüzə yalnız xarabalıqları qalmış və bu xarabalıqlar da arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır. Lakin həmin xarabalıqlar belə bu möhtəşəm kilsə haqqında təsəvvür yaratmağa imkan verir.Ваидов Р.М. Археологические работы в Мингечауре в 1950 г. КСИИМК, ХLVI, 1952

Artefaktlar

Mingəçevirdə, VI əsr məbədinin qazıntıları zamanı daş üzərində oyma sənətinin çox gözəl nümunələri aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların dekorativ tərtibatı ünsürlərində qorunub saxlanmışdır.Голубкина Т.И. Четыре кувшинных погребения из Мингечаура. //ДАН АзССР, 1956, № 3.Qazıyev S.M. Mingəçevirdə arxeoloji yadigarlar. MKA, I, Bakı, 1949 Sütunların başı, pəncərə yerlərinin haşiyələri və məbədin digər memarlıq detalları əsasən nalvari tağ şəklində oyulmuş, sütunların dairəvi əsasları qədim keramika və metal məmulatını bəzəyən qabırğavari naxışlarla örtülmüşdür.Даниелян О.А. Парное погребение в кувшине из Мингечаура. //ДАН АзССР, 1959, № 3 Məbədin tikintisində oyma sənətinin belə geniş tətbiqi, müxtəlif forma və çeĢidli divar bəzəklərinin – buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını bir daha sübut edir.

Qəbirüstü abidələrin dekorativ tərtibatında da daş üzərində bədii oyma üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək motivlərindən – üzüm salxımı, altıguşəli xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə edildiyini göstərir.Ионе Г.И. Керамическое производство древнего и средневекового Азербайджана (по данным раскопок Мингечаура).//Автореф. дис. ...канд. ист. наук, Л., 1958 Qəbirüstü daşlarda oyulmuş ov, ziyafət, süvarinin görüşü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılan tunc möhürlər və üzük qaşlarındakı təsvirlərlə uyuşur.Голубкина Т.И. О зооморфной керамике из Мингечаура. МКА, II, Баку, 1951 Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanan alban yazılı daş lövhəsindəki relyefləri də xatırladır.Qazıyev S.M. Mingəçevirdə tapılmış bəzi silahlardan. MKA, II, Bakı, 1951