Məzmun Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır.
Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir.
Film haqqında Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir.
Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir.
Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Elmira Əliyeva Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A. Rzazadə Operator: Rövşən Quliyev İşıq ustası: Məhəmməd Hacıyev Montaj edən: Nisə Hacıyeva Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov Operator assistenti: R. Quliyev Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner Montaj üzrə assistent: S. Qədimova Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı Redaktor: Toğrul Cuvarlı Filmin direktoru: Akif Musayev, Nadir Əliyev Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov
Rollarda Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina-Lünqkvist — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay Hicran Mehbalıyeva — Ramizin arvadı Məbud Məhərrəmov — Ramiz Süleyman Ələsgərov — qoca S. Aslanova Sidiqqə Heydərova — Firuzə xala Bahadur Əliyev — kənd sakini Mayak Kərimov — kənd sakini Bəxtiyar Xanızadə — kənd sakini Cahangir Aslanoğlu — Surət Rzayeviç Rafiq Əliyev — Rafiq F. Hüseynov — qonşu Zemfira İsmayılova — Roza Tələt Rəhmanov — dəfndəki adam Gündüz Abbasov — dəfndəki adam D. Boqdanov Aydın Mahmudbəyov Toğrul Cuvarlı Q. Muradova Zemfira Sadıqova — Gülsüm
Filmi səsləndirənlər Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur) Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur)
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 222. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri