Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; ) — Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor.
Həyatı Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərxis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Mixaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır.
Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir.
Ailəsi Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət xanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur. 1902-ci il 22 dekabr tarixində Nigar, 1907-ci ildə isə Səfiyyə adlı qız övladları dünyaya gəlmişdir.
Hərbi xidməti
Rusiya imperiyası ordusunda Hərbi karyerasına 1870-ci ilin 20 oktyabrında Belarusda başlamışdır. Bu zaman o, kornet rütbəsini daşıyırdı. 1872-ci ildə leytenant, 1874-cü ildə ştabskapitan və 1876-cı ildə kapitan rütbələrini almışdır. 1876-cı ildə Kavaleriya Təlim Eskadronuna göndərilmişdir.
Firudin bəy Vəzirov həyat yoldaşı Zeynəb xanımla birlikdə rus qoşunları tərkibində 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi zamanı Bolqarıstanın Osmanlı imperiyasından alınması uğrunda döyüşlərdə iştirak etmişdir. 1877-ci ildə Tver-Draqun alayında xidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etmişdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaxınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi.
5 may 1881-ci ildə mayor rütbəsinə yüksəldildi. 1882-ci ildə Qafqaz Hərbi Dairə Məhkəməsinin hakimlərindən biri təyin edilmişdir. 1882-ci ilin may ayında Vəzirov xidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirildi və 1884-cü ilin 6 may tarixində Vəzirov podpolkovnik rütbəsinə yüksəldildi.Список полковникам по старшинству. Составлен по 1-е января 1905 г. — СПб., 1905, с. 203 Podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçildi. 1890-cı ilin 11 oktyabrında o, X Ordu Korpusunun 28-ci Novqorod Draqon Alayına təyinat aldı. 1897-ci ildə isə xidmətdə fərqlənməyə görə vaxtından əvvəl polkovnik rütbəsinə yüksəldildi.
1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi xidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə yüksəldildi. General-mayor rütbəsi aldıqdan sonra Firudin bəy Vəzirov hərbi sahədəki yaş həddinə çatdığı üçün fəxri forma və təqaüdlə hərbi sahədən ehtiyata göndərildi. Təqaüddə olduğu dövrdə o, ailəsi ilə birlikdə anadan olduğu Tiflis şəhərinə köçdü və burada Mixaylovskaya küçəsində yaşamağa başladı.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunda 1919-cu il mayın ilk günlərində Tiflisdə yaşayan general-mayor Firudin bəy Vəzirovun ünvanına Bakıdan bir məktub gəlir. Məktubda deyilirdi:
Bu məktubu alan general ailəsi ilə bərabər Bakıya köçmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firudin bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunmuş, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılmışdır. 1919-cu il avqustun 16-da 2-ci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı qarnizonunun rəisi təyin edildiyindən Firidun bəy Vəzirov xidmətini yalnız Bakı şəhər komendantı kimi davam etdirmişdir.
Medal və təltifləri Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz xidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur.
border|60px|link=Order of Saint Stanislaus (House of Romanov)#3rd class|3rd Class Ode of Saint Stanislaus — üçüncü dərəcəli "Müqəddəs Stanislav" — (müsəlmanlar üçün təsis olunmuş), 1882-ci il, 19 yanvar; border|60px|link=Order of Saint Anne|3rd Class Order of Saint Anne — üçüncü dərəcəli "Müqəddəs Anna" – (1889-cu il, 6 may); border|60px|link=Order of Saint Stanislaus (House of Romanov)#2nd class|2nd Class Ode of Saint Stanislaus — ikinci dərəcəli "Müqəddəs Stanislav" – (1893-cü il, 15 iyun); border|60px|link=Order of Saint Vladimir|4th Class Order of Saint Vladimir — dördüncü dərəcəli "Knyaz Vladimir" – (1898-ci il, 22 sentyabr); border|60px|link=Order of Saint Anne|2nd Class Order of Saint Anne — ikinci dərəcəli "Müqəddəs Anna" – (1902-ci il, 1 avqust); border|60px|link=Order of Saint Vladimir|3rd Class Order of Saint Vladimir — üçüncü dərəcəli "Knyaz Vladimir" – (1905-ci il, 20 noyabr) ordenləri ilə təltif olunmuşdur.
1877–78-ci illərdəki müharibədə göstərdiyi sərkərdəlik qabiliyyətinə görə "Tunc medal", üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə "gümüş medalla" təltif olunmuşdur.
Həbsi 1921-ci il iyunun 2-də AzÇK tərəfindən həbs olunur. F.Vəzirov "İslam" Partiyasının agenti kimi ittiham olunur. Onu çar və "Müsavat" ordusundakı xidmətlərinə, hətta Tbilisidəki dədə-baba malikanəsinə görə ittiham edirlər. Sənədlərlə yaxından tanış olan Şəmistan Nəzirlinin yazdığına görə, əslində generalı bir il əvvəl olmuş Gəncə üsyanına görə sorğu-suala tuturdular… İstintaqa verilən cavabdan aydın olur ki, Firudin bəy Bakının komendantı olduğunu, Sovetlər gələnədək bu işdə çalışdığını bildirib. Nə "Müsavat" vaxtı, nə də sonra heç bir partiyanın üzvü olmadığını, bolşevik işğalından sonra əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti vəzifəsində saxlandığını, daha sonra Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi çalışdığını deyib:
1921-ci il iyunun 19-da Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzası ilə Fövqəladə Komissiyaya order göndərilir: "Sizə tapşırılır ki, bu orderi alan kimi Firudin bəy Vəzirovu (keçmiş general) həbsdən azad edəsiniz". Generalı azad edirlər. 1925-ci ildə bolşeviklərin orqanı olan "Qızıl əsgər" jurnalında "Dağlı Əli Hüseyn" imzalı bir yazı çıxır. Yazıda 1920-ci il aprelində bolşeviklərin Bakıya "zəfər yürüşü" təsvir olunur və general Vəzirovun o vaxt mövqe komandiri olduğu vurğulanır. Dağlı Əli Hüseyn Firudin bəyə: "Bu gündən sonra (aprelin 29-dan sonra) bizlər mövqe komandiri olacağıq"—deyir. Bu yazıdan sonra general təkrar həbs olunur. 1925-ci il iyunun 30-da onu güllələyirlər. Güllələnərkən generalın 75 yaşı vardı. Nərimanov bu zaman artıq vəfat etmişdi.
Tərcümələri General-mayor Firidun bəy Vəzirova məxsus sənədlər arasında tərcümələr də tapılmışdır. Rus və ərəb əlifbasında yazılmış "Beşik mahnıları", məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuxa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi xidmətdə olmasına baxmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saxlaya bilib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Tofiq Hüseynov (general) Musa xan Vəziri Murtuz Quliyev
Xarici keçidlər Firudin bəy Vəzirov Nəriman Nərimanovun həbsdən azad etdiyi generalı kimlər güllələdi? — General Firidun bəy Vəzirovun həyat hekayəti
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin generalları Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları Kateqoriya:Birinci Tiflis gimnaziyasının məzunları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:SSRİ-də repressiya qurbanları