Ağ oyuq — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində qəsəbə.
Tarixi Birinci Qarabağ müharibəsi vaxtı Zəngilan rayonunun əraziləri 1993-cü ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Bu yaşayış məntəqəsinin ərazisi də 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Zəngilan rayonunun Zəngilan şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağ oyuq qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
İkinci Qarabağ müharibəsi vaxtı 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri yaşayış məntəqəsini işğaldan azad etmişdi.
15 aprel 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ağ oyuq qəsəbəsindən videogörüntülər yaymışdı.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zəngilan rayonunun qəsəbələri