() — aləminin tipüstünə aid xromist tipi.

Tipin xarakterik əlaməti Hərəkət orqanoidi olan kirpik aparatının mövcudluğudur. İnfuzorların ikinci mühüm əlaməti – onların bədənində keyfiyyətcə müxtəlif ən azı iki nüvənin olmasıdır. Bunlardan biri – iri vegetativ nüvə olan makronukleus, ikincisi isə ondan xeyli kiçik olan mikronukleusdur. İnfuzorların böyük əksəriyyəti kirpiklərə (Ciliata), xeyli kiçik qrupu isə soruculara (Suctoria) aiddir. Sorucu infuzorlar ancaq müəyyən həyat mərhələlərində kirpiklərlə təchiz olunurlar, qalan vaxtlar isə hərəkət orqanoidindən məhrum olurlar.

Yayılması İnfuzorlar – birhüceyrəli orqanizmlər yarımaləmində ən böyük tipdir (8000-dən artıq növü var). Onlar Yer kürəsində geniş yayılaraq həm su, həm də quru ekosistemlərinin tərkibinə daxildirlər. Hazırda infuzorlar 20-dən artıq dəstədə, 160-dan çox fəsilədə birləşirlər. Hazırda Azərbaycanda (Xəzər dənizi də daxil olmaqla) 18 dəstəyə aid olan 800 növ infuzor məlumdur. Onlardan 469-u Xəzər dənizində, 300-ü şirinsu hövzələrində, 32-si Azərbaycan torpaqlarında yaşayır. Parazit formalarının ümumi sayı 101-ə çatır. Xəzər dənizində 15 dəstənin nümayəndələri tapılmışdır: Karyorelictida, Prostomatida, Haptorida, Pleurostomatida, Trichostomatida, Colpodida, Synhymeniida, Nassulida, Cyrtophorida, Hymenostomatida, Scuticociliatida, Perurichida, Heterotrichida, Oligotrichida, Hypotrichida.

Ümumi xüsusiyyətləri İnfuzorlarda sitoplazma həmişə aydın şəkildə iki qata ayrılır – xarici (ektoplazma və ya korteks) və daxili (ektoplazma). Ektoplazmanın xarici qatı möhkəm elastik pellikula əmələ gətirir. Elektron mikroskopiyası göstərir ki, pellikula xarici ikiqat membrandan, daxili ikiqat membrandan və onların arasındakı boşluqdan ibarətdir. Xaricdən infuzorların bədəni kirpikciklərlə örtülüdür ki, bunlar da öz başlanğıcını ektoplazmada kinetosomlardan (bazal cisimciklərdən) götürür. Kirpikciklərin sayı çox böyük ola bilər (tərlikdə 10–15 min). Kirpikciklərin ultrastrukturu qamçılarla tamamilə eynidir (Kirpikciyin mərkəzində 9 fibril yerləşir, 9 cüt fibril isə periferiyadan keçir). Bəzi infuzorların ektoplazmasında yığıcı liflər – mionemlər vardır. Bunun sayəsində bəzi növlər (Stentor, Spirostomum, və b.) kəskin yığılma qabiliyyətinə malikdir. Bir çox infuzorlarda ektoplazmada xüsusi müdafiə aparatı – trixosistalar vardır. Bunlar bədən səthinə şaquli yerləşmiş qısa çöpcükdən ibarətdir. Heyvanın qıcıqlandırılması zamanı trixosistalar açılaraq, ova güclü iflicedici təsir göstərən uzun bərk sapa çevrilir. Qidanı bütün bədən səthi ilə qəbul edən bəzi endoparazit formalardan başqa, bütün infuzorların ağız dəliyi vardır. İnfuzorların böyük əksəriyyətində ekto və endoplazma arasındakı sərhəddə yığılıb-açılan vakuollar vardır. Ən sadə hallarda o, amöblərdə və qamçılılarda müşahidə edilən mütəmadi döyünən qovuq şəklində olur. Ancaq bir çox infuzorlarda yığılıb-açılan vakuolların quruluşu mürəkkəbləşir. Məsələn, infuzor tərlikdə o, mərkəzi rezervuardan və tac şəklində yerləşmiş 5–7 gətirici kanaldan ibarətdir. Onların əsas funksiyası – osmotik tənzimləmədir. İnfuzorların endoplazmasında nüvə aparatı yerləşir. İri makronusleus xromatinlə xromatinlə zəngindir və müxtəlif formalarda, əsasən kürəşəkilli, yumurtaşəkilli, bəzən lentşəkilli və təsbehşəkilli olur. Bəzi infuzorlarda makronukleus müxtəlif böyüklükdə ayrı-ayrı fraqmentlərə parçalanmışdır. Makronukleusda DNT- nin miqdarı mikronukleusdakından onlarla, çox vaxt isə yüzlərlə və minlərlə dəfə artıq olur. Bu, əksər infuzorlar üçün səciyyəvidir. Bunun sayəsində vegetativ nüvə bütün və ya bir qisim xromosomlar üzrə yüksək poliploidliyə malik olur. Mikronukleus (bir və ya bir neçə ola bilər) kürə və ya yumurtaşəkilli formada olur. O, vegetativ funksiyaları yerinə yetirmir. Onda transkripsiya (RNT-nin sintezi) baş vermir, ancaq xromosomları ikiləşmə qabiliyyətinə (replasiya) malikdir ki, bu da hər bölünmə qabağı (meyozdan öncə) olur. Mikronukleus, bir növ nəsildən nəslə ötürülən irsi informasiyanın deposudur. Infuzorlar üçün eninə bölünmə yolu ilə baş verən qeyri-cinsi çoxalma səciyyəvidir. Çox zaman bu, sərbəst hərəkət vəziyyətində baş verir. Qeyri-cinsi çoxalma bir-birinin ardınca dəfələrlə təkrar olunur. Ancaq zaman-zaman infuzorların həyat tsiklində konyuqasiya xarakterli cinsi proses də baş verir. Konyuqasiyadan başqa, infuzorlarda nüvə aparatının yenidən qurulmasının bir forması da avtoqamiyadır. Avtoqamiya Paramecium aurelia-da tez-tez müşahidə edilir. Konyuqasiyadan fərqli olaraq avtoqamiya zamanı iki fərdin müvəqqəti birləşməsi baş vermir, bütün proseslər bir fərddə gedir. Bir çox xırda kirpikli infuzorlar (Colpoda, Colpodium, və b.) torpaqda həm fəal, həm də sista vəziyyətində yaşayırlar. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Təsnifat Təsnifatı 2 yarımtipə (Postciliodesmatophora Gerassimova, Seravin, 1976 və İntramacronucleata Lynn, 1996) ayrılır. Postciliodesmatophora yarımtipi 2 sinfə (Karyorelictea Corliss, 1974 və Heterotrichea Stein, 1859) və 5 dəstəyə bölünür. I. Yarımtip: Postciliodesmatophora Gerassimova, Seravin, 1976 1. Sinif: Karyorelictea Corliss, 1974 Dəstə: Protostomatida Small, Lynn, 1985 Dəstə: Loxodida Jankowski, 1978 Dəstə. Protoheterotrichida Nouzarede, 1977 2. Sinif: Heterotrichea Stein, 1859 Dəstə: Heterotrichida Stein, 1859 Dəstə: Licnophorida Corliss, 1957 II. Yarımtip: Intramacronucleata Lynn, 1996 1. Sinif: Spirotrichea Butschli, 1889 1. Yarımsinif: Protocruziidia Puytorac et al., 1984 Dəstə: Protocruziida Jankowski in Small, Lynn, 1985 Dəstə: Hypotrichia Stein, 1859 Dəstə: Kiitrichida Nozawa, 1941 Dəstə: Euplotida Small, Lynn, 1985 2. Yarımsinif: Choreotrichia Small, Lynn, 1985 Dəstə: Tintinnida Kofoid, Champbell, 1929 Dəstə: Choreotrichida Small, Lynn, 1985 3. Yarımsinif: Stichotrichia Small, Lynn, 1985 Dəstə: Plagiotimida Albaret, 1974 Dəstə: Stichotrichida Faure-Fremiet, 1961 Dəstə: Urostylida Jankowski, 1979 Dəstə: Sporadotrichida Faure-Fremiet, 1961 3. Yarımsinif: Oligotrichia Butschli, 1887 Dəstə: Halteriida Petz, Foissner, 1992 dəstəsi Dəstə: Strombidiida Petz, Foisner, 1992 dəstəsi 4. Yarımsinif: Phacadiniidia Small, Lynn in Shin et al., 2000 Dəstə: Phacadiniida Small, Lynn, 1985 2. Sinif: Litostomatea Small, Lynn, 1981 1. Yarımsinif: Haptoria Corliss, 1974 Dəstə: Haptoria Corliss, 1974 Dəstə: Pleurostomatida Schewiakoff, 1896 Dəstə: Cyclotrichida Jankowski,1980 2. Yarımsinif: Trichostomatia Butschli, 1889 Dəstə: Vestibuliferida Puytorac et al., 1974 Dəstə: Entodiniomorphida Reichenow in Doflein & Reichenow, 1929 3. Sinif: Armophoridae Jankowski, 1964 Dəstə: Armophorida Jankowski, 1964 Dəstə: Clevelandellida Puytorac, Grain, 1976 Dəstə: Odontostomatida Sawaya,1940 4. Sinif: Phyllopharyngea Puytorac et al., 1974 1. Yarımsinif: Phyllopharyngia Puytorac et al., 1974 Dəstə: Chlamydodontida Deroux, 1976 Dəstə: Disteriida Deroux, 1976 2. Yarımsinif: Rhynchodida Chatton, Lwoff, 1939 Dəstə: Hypocomatida Deroux, 1976 3. Yarımsinif: Chonotrichia Wallengren, 1895 Dəstə: Exogemmida Jankowski, 1972 Dəstə: Cryptogemmida Jankowski, 1975 4. Yarımsinif: Suctoria Claparede, Lachmann, 1858 Dəstə: Exogenida Collin, 1912 Dəstə: Endogenida Collin, 1912 Dəstə: Evaginogenida Jankowski, 1978 5. Sinif: Nassophorea Small, Lynn, 1981 Dəstə: Synhymeniida Puytorac et al., 1974 Dəstə: Nassulida Jankowski, 1967 Dəstə: Microthoracida Jankowski, 1967 6. Sinif: Colpodea Small, Lynn, 1981 Dəstə: Cyrtolophosidida Foissner, 1978 Dəstə: Bryometopida Foissner, 1978 Dəstə: Bryophryida Puytorac et al., 1979 Dəstə: Bursariomorphida Fernandez-Galiano, 1978 Dəstə: Colpodida Puytorac et al., 1974 Dəstə: Sorogenida Foissner, 1985 7. Sinif: Prostomatea Schewiakoff, 1896 Dəstə: Protostomatida Schewiakoff, 1896 Dəstə: Protodontida Corliss, 1974 8. Sinif: Plagiopylea Small, Lynn, 1985 Dəstə: Plagiopylda Small, Lynn, 1985 dəstəsi 9. Sinif: Oligohymenophorea Puyrorac et al., 1974 1. Yarımsinif: Peniculia Faure-Fremiet inCorliss, 1956 Dəstə: Peniculida Faure-Fremiet inCorliss, 1956 Dəstə: Urocentrida Puytorac et al., 1987 2. Yarımsinif: Scuticociliatia Small,1967 Dəstə: Philasterida Small, 1967 Dəstə: Pleuronematida Faure-Fremiet in Corliss, 1956 Dəstə: Thigmotrichida Chatton, Lwoff, 1922 3. Yarımsinif: Hymenostomatia Delage, Herouard, 1896 Dəstə: Hymenostomatida Delage, Herouard, 1896 4. Yarımsinif: Apostomatia Chatton, Lwoff, 1928 Dəstə: Apostomatida Chatton, Lwoff, 1928 Dəstə: Astomatophorida Jankowski, 1966 Dəstə: Pilisuctorida Jankowski, 1966 5. Yarımsinif: Peritrichia Stein, 1859 Dəstə: Sessilida Kahl, 1933 Dəstə: Mobilida Kahl, 1933 6. Yarımsinif: Astomatia Schewiakoff, 1896 Dəstə: Astomatida Schewiakoff, 1896

İstinadlar

Həmçinin bax