Hacıqurbanoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qaraçı kənd inzibati ərazi dairəsində kənd.
Hacıqurbanoba kəndi Qudyal çayının sahilində, Samur–Dəvəçi ovalığındadır. Oykonim Hacı Qurban (ŞƏRQa.) və oba komponentlərindən düzəlib, "Hacı Qurbana məxsus oba" mənasındadır. Kəndi XIX əsrin ortalarında Quba rayonunun Qrız kəndindən olan Hacı Qurban adlı Şəxs keçmiş qışlaq yerində salmışdır.
İstinadlar
Kateqoriya:Xaçmaz rayonunun kəndləri