Türkədi — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Mollakənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Türkədi oyk., miir. Kür çayı sahilində, Şirvan düzündədir. XIX əsrdə Danabasan Türkədi adı ilə qeydə alınmış kəndin bu kənd olması ehtimal edilir. Kəndin əhalisini Səlcuq tayfalarına mənsub ailələr təşkil edir; Sabirabad r-nunun Yolçubəyli i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqələri 1917-ci ildə Türk–kənd, Türk kəndi variantlarında qeydə alınmışdır. Güman edilir ki, oykonim yerli tələffüzdə təhrif edilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 715 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri