Çöhranlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Çöhranlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə burada çoxlu ceyran sürüləri olduğundan kəndin adı Çeyranlı imiş, sonralar təhrif olmuşdur. Əslində, kəndin adı Çöküranlı olmalıdır. Oykonim çökür (biçilmiş taxılın yerdə qalan hissəsi), -an (məkan bildirən şək.), -lı (şək.) komponentlərindən düzəlib. Güman ki, kənd vaxtilə biçilmiş taxıl zəmisinin və ya biçənəyin yerində salınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1243 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri