Qarabağlar — Azərbaycan Respublikasının Göyçay rayonunun Şəhadət kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Gəncə gəzasının Qarabağlar kənd yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qarabağlar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.
XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır.
Toponimikası Qarabağlar kəndi 19-cu əsrdə Gəncə qəzasından olan köçkünlər tərəfindən salınmışdır. 1856-cı ilə aid “Qafqaz təqvimi”nə görə, Qarabağlar kəndində (mənbəyə görə) “tatarlar”-sünnilər (sünni azərbaycanlılar) yaşayıb Azərbaycan dilində danışırdılar. 1886-cı ilə aid ailə siyahılarının materiallarında Qarabağların "Tatar" (Azərbaycan) kəndində 324 nəfər göstərilir ki, onlardan 292 nəfəri sünni, 32 nəfəri isə şiədir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göyçay rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri
| Qarabağlar (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.