, İlbars və ya Elbars, Qar bəbiri () — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır.

Ölçüləri 103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur. Əzaları qısadır. Başı nisbətən kiçik, yumruvaridir. Quyruğu çox uzundur. Tük örtüyü hündür və yumşaqdır. Rəngi, hiss çalarlı bozdur, bəzən demək olar ki ağdır. Əsas fonda iri həlqəvari və qara ləkələr səpələnib. Quyruğu boyu eninə tam olmayan üzükvari ləkələr yerləşir. Yanları belindən açıqdır, qarnı isə demək olar ki ağdır. Yay vaxtı rəngi daha açıq olur.

Areal Areal Qobi və Monqol Altayını, Xanqayı, Tibeti, Himalayı, Hinduquşu, Əfqanıstanı əhatə edir. Şimalda Türküstan dağlarını: Pamir, Tyanşan, Cunqar Alatausu, Tarbaqatay, Sauru, Altayın cənubunu əhatə edir.

Bu bəbir növü adətən 1800-3500 m hündürlükdə, dağlarda yaşayırlar. Yazda və yayın əvvəlində meşə zolaqlarında, çayların vadilərində və qobularda ona tez-tez rast gəlmək olar. Yayda subalp və alp qurşaqlarında, qaya çıxışlarında qalırlar. Qışda dağətəyinə qədər, meşə zolağının yuxarı sərhədinə qədər düşürlər. Azərbaycanda Lerik dağlarında və Naxçıvan ərazisində fotoqapanlara düşmüşdür.

Qidalanması Əsasən dağ keçilərlə, qaban, arxar, eləcə də dovşan, kəklik, dağ sıçanı və ularlarla qidalanırlar.

Cütləşmə və laktasiya Dişilərdə qızışma fevralda-martda baş verir. Boğaz olma vaxtı 93-110 gün. Dişi mayda-iyunda 1-5, adətən 2-3 bala gətirir. Laktasiya 3-4 aydır. Dişilər 2-3 yaşında cinsi yetkinliyə çatır. Dişi balalarla bir ilə yaxın olur. 15 il yaşayırlar.

Düşmənləri Canavarlar, itlər, arealın cənubunda - bəbir.

Sayı Qırğızıstanda 500, Tacikistanda 200, Özbəkistanda - 50. Altay Respublikasında 40, Tuvada 10-15. Sayının azalması insan tərəfindən təqib edilməsi ilə bağlıdır(uzun müddət irbisi maldarlığa ziyan vuran heyvan hesab edirdilər). Hindistanda, Monqolustanda, Pakistanda, Nepalda qanunla qorunurlar. Qırğızıstanda və Qazaxıstanda Çatkal, Ağsu-Cabaqlı, Ramit, Beş-Aral, Sarı-Çelek, Almata qoruqlarında saxlanırlar.

Mədəniyyətdə yeri

Kinoda Qar bəbiri haqqında «Sağ qalmaq uğrunda mübarizə. Qar bəbirinin dağları / Mountains of the Snow Leopard» (rejissor Joel Nennett) (1994) sənədli filmində bəhs edilir. Ona həmçinin BBC kanalının «Qar bəbiri: mif və reallıq / Snow Leopard — Beyond the Myth» (2007) və National Geographic Channel-in «Qar bəbirinin axtarışında / Searching for the Snow Leopard» (2007) sənədli filmləri tam şəkildə həsr olunub. İrbis haqqında ilk Rusiya sənədli filmi «Altay dağlarının sahibi» (2023) adlanır.

Elbarsla bağlı səhnələr BBC kompaniyasının bir sıra sənədli filmlərində mövcuddur: "Yer Planeti" (seriya), «Təbiətin ən böyük hadisələri».

GEO jurnalının «Bütün dünya ilə dialoq» proqram silsiləsində "Sibirin sirləri" seriyasının elbarsa həsr olunmuş ilk filmi "Altayın qar ruhu" adlanır.

Elbars "Qar bəbiri" bədii filminin (rejissorlar Larisa Muxamedqaliyeva, Vyaçeslav Belyalov; «Qazaxfilm» istehsalı, SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişi ilə) (1987) baş qəhrəmanı olub.

İan Makşeynin səsləndirdiyi Tay Lunq adlı elbars isə "Kunq-fu Panda" (2008) cizgi filminin əsas mənfi personajıdır. "Kunq-fu panda: Heyrətamiz əfsanələr" animasiya serialına Tay Lunqun qardaşı oğlu - elbars Peng daxil edilib.

Numizmatika və poçt markalarında 2000-ci ildə «Qazaxıstanın gümüş xatirə sikkələri» seriyasında 3000 ədəd tirajla 500 tenge nominal dəyərində «Qazaxıstanın Qırmızı kitabı: qar bəbiri» sikkəsi buraxılmışdır. Onun arxa üzündə üslublaşdırılmış qayalı dağ zirvəsi fonunda qar bəbirinin təsviri yerləşdirilib.

Həmin il Rusiyada «Dünyamızı qoruyaq» seriyasından 50 rubl nominal dəyərində qızıl sikkə buraxılmışdır. Sikkənin arxa üzündə qar bəbirinin başı təsvir olunub. Həmçinin bu serinin tərkibində, arxa üzündə tullanmağa hazırlaşan, ağac gövdəsi üzərində oturmuş qar bəbirinin təsvir edildiyi 100 rubl nominal dəyərində qızıl sikkə də buraxılmışdır. Eyni seriyada qar bəbirinin təsvirləri həkk olunmuş 25 və 100 rubl nominal dəyərində bir sıra gümüş sikkələr də buraxılmışdır.

Qar bəbiri 2003-cü il nümunəli Qazaxıstanın 10 000 tenge nominal dəyərində olan əskinasında təsvir edilmişdir.

Rəsmi rəmzlərdə left|thumb|Alma-Ata şəhəırinin emblemi

Qar bəbiri Alma-Ata şəhərinin rəmzinə çevrilib və onun gerbində təsvir olunub. thumb|Bişkek şəhərinin emblemi

İrbisi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin gerbində də görmək olar.

left|thumb|Tatarıstan gerbi thumb|Xakasiya gerbi

Üslublaşdırılmış qanadlı irbis Xakasiya və Tatarıstanın gerblərində təsvir edilib.

left|thumb|Rusiya Krasnoyarsk diyarının Yermakov rayonunun emblemi thumb|Rusiya Krasnoyarsk diyarının Şuşenk rayonunun emblemi

Krasnoyarsk diyarının Şuşen və Yermakov rayonlarının müvafiq olaraq gerbində və bayrağında qar bəbirinin təsviri var. left|thumb|Səmərqənd şəhərinin emblemi

Səmərqəndin (Özbəkistan) gerbində qar bəbir təsvir olunub.

İdmanda Elbars Dünya Köçəri Oyunlarının simvollarındandır. 2026-cı il oyunları zamanı xarıcı qonaqlara Elbars oyuncağı hədiyyə edilib.

Qar bəbirinin şərəfinə iki xokkey klubunun adı qoyulub:

1956-cı ildə əsası qoyulmuş Kazan "Ak Bars" komandası; Qazaxıstanın paytaxtı Astanadan olan "Barıs" komandası.

Qırğızıstanda "Ilbirs" adlı peşəkar futbol klubu fəaıiyyət göstərir.

Tıva şəhərində "İrbis" adlı uşaq xokkey komandası fəaliyyət göstərir.

Qar bəbirinin balası 2011-ci ilin yanvar-fevral aylarında Astana və Alma-Atada keçirilmiş yeddinci Qış Asiya Oyunlarının (2011) talismanı seçilib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya Nümayəndəliyində hesab edirlər ki, təşkilatçıların "leopard" adlandırdığı 2014-cü il Qış Olimpiya Oyunlarının talismanlarından birinin təsviri daha çox qar bəbirinə uyğundur.

Mükafatlarda "Qar bəbiri mükafatı" çox təcrübəli alpinistlərə verilən SSRİ alpinizm mükafatı olub.

Qırğız Respublikasının "Erdik", yəni "İgidliyə görə" medalında qar bəbiri təsvir olunub.

Qazaxıstanda xüsusi xidmətlərə görə üç dərəcəli "Barıs" ordeni ilə təltif edilir.

Rəqəmsal texnologiyalarda Mac OS X 10.6 — Apple şirkətinin 28 avqust 2009-cu ildə buraxdığı əməliyyat sistemi, Snow Leopard — qar bəbiri, irbis kod adını daşıyır. Qar bəbiri pərakəndə satış şəbəkəsində satılan bu ƏS-in qutusunun üz qabığında təsvir olunub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cənubi Asiya məməliləri Kateqoriya:Həssas növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Pakistanın milli simvolları