FİDE (, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı.

Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE və qadınlar arasında dünya (1948 ildən kişilər), şahmat üzrə qadınlararası dünya çempionatı (1927 ildən) və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadası (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir. İldə iki dəfə dünyanın aparıcı şahmatçılarının reytinq cədvəlini dərc edir; qrosmeyster, beynəlxalq usta, FİDE ustası adlarını verir. Rəhbər orqanları FIDE Baş Assambleyası, FIDE Mərkəzi komitəsi və FIDE İcraiyyə komitəsidir. FİDE-nin tərkibində müxtəlif komissiyalar, o cümlədən kvalifikasiya, inkişaf etməkdə olan ölkələrə yardım, oyun qaydaları, şahmatın kompyuterlə və məktəblərdə tədrisi və s. fəaliyyət göstərir. FİDE-yə bir sıra başqa beynəlxalq şahmat təşkilatları, o cümlə dən Beynəlxalq məktublaşma ilə şahmat oyunu federasiyası (IKCF), Görməqüsuru olan şahmatçıların beynəlxalq assosiasiyası (IBCA). FİDE-nin şahmat kompozisiyası üzrə daimi komissiyası bir ləşdirilmişdir. FİDE-nin prezidenti Kirsan İlyu-mjinovdur (1995 ildən).

Prezidentlər 1924–1939 Alexander Rüb 1939-1946 Augusto de Muro 1946-1949 Alexander Rüb 1949–1970 Folke Roqard 1970–1978 Maks Eyve 1978–1982 Fridrik Olafsson 1982–1995 Florensio Kampomanes 1995–2018 Kirsan İlyumjinov 2018-cari Arkadiy Dvorkoviç

FIDE şahmat üzrə dünya çempionu 1948 - 1957 : Mixail Botvinnik / 1957 - 1958 : Vasili Smıslov / 1958 - 1960 : Mixail Botvinnik / 1960 - 1961 : Mixail Tal / 1961 - 1963 : Mixail Botvinnik / 1963 - 1969 : Tiqran Petrosyan / 1969 - 1972 : Boris Spasski / 1972 - 1975 : Robert Bobbi Fişer / 1975 - 1985 : Anatoli Karpov / 1985 - 1993 : Harri Kasparov / 1993 - 1999 : Anatoli Karpov / 1999 - 2000 : Aleksandr Xalifman / 2000 - 2002 : Vişvanatan Anand / 2002 - 2004 : Ruslan Ponomaryov / 2004 - 2005 : Rüstəm Qasımcanov / 2005 - 2006 : Veselin Topalov / 2006 - 2007 : Vladimir Kramnik / 2007 - 2013 : Vişvanatan Anand / 2013 - 2023 : Maqnus Karlsen / 2023 - 2024 : Dinq Liren / 2024 - .....: Qukeş Dommaracu /

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şahmat

Kateqoriya:Beynəlxalq təşkilatlar