Mustafabəyli (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Mustafabəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Mustafabəyli kəndi Qıraqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mustafabəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsi XIX əsrin sonlarında Mustafa bəy adlı birisinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kollektivləşmə illərində kəndin adı V.İ.Leninin şərəfinə Leninkənd adlandırılmış, 1992-ci ildə isə keçmiş adı ilə rəsmiləşdirilmişdir.
Əhalisi Əhalisinin sayı 2224 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Din Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Saatlı rayonunun kəndləri