Aşağı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun Aşağı Astanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Bolqar çayından bir qədər aralı, Buravar silsiləsinin ətəyindədir. Keçmiş adı Astanlı olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini bildirməklə yanaşı, onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. "Astanlı kəndinin Aşağı hissəsi" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 71

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri