Axunahiran — Azərbaycan Respublikasının Lerik rayonunun Veri kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 378 nəfərdir (2009).

Tarixi Peştəsər silsiləsinin yamacındadır. Əsl adının Ahungəran olduğu və Talış dilində "dəmirçilər" mənasını bildirdiyi güman edilir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Hidronim isə axun (sel, çay), hır (tal, duman, ciskin) sözlərindən və -an (məkan) şəkilçisindən düzəlib, "dumanlı, bulanıq çay" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 37.

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri Kateqoriya:Hidronimlər